news Image
2014.06.28
11:08
| A A A
Unudulması qeyri-mümkün olan etibarlı parol
Böyük Britaniyanın York və Qlazqo universitetlərinin alimləri doqquz təsvirin içindən tanış olan şəxsin sifətinin seçilməsi vasitəsilə bank hesablarına, telefon və ya internet saytlarına operativ çıxışı təmin edəcək yeni "FaceLock" parol sistemi hazırlayıblar.

Movqe.az Mincom.qov.az-a istinadən xəbər verir ki , "Peer J" jurnalında dərc edilən tədqiqatdan məlum olub ki, "FaceLock" çoxlu üstünlüklərə malikdir. Ən böyük üstünlüyü isə unudulmuş parolla bir il istifadə edilməyən sınaq sistemə daxil olmaq imkanıdır.

"FaceLock" qrafik elementlərlə işləyən yeganə parol sistemi deyil. Belə ki, "Passfaces" sistemi də təklif olunan siyahıdan tanış fotoşəkli seçməyi tələb edir. Lakin "FaceLock"un böyük bir fərqi var. Çünki burada hətta tanış insanların şəkilləri daim dəyişir.

Məsələ ondadır ki, insanlar sifətləri eyni şəkildə tanımırlar. Bir tərəfdən, təsvirin keyfiyyətindən asılı olmayaraq yüzlərlə insan arasında tanış şəxsi tapmaq problem deyil, digər tərəfdən, müxtəlif təsvirlərdə tanış olmayan eyni şəxs müxtəlif insanların obrazı kimi başa düşülür.

120 könüllünün iştirak etdiyi sınaq bu sistemin fəaliyyət göstərə biləcəyini sübut edib.

Lakin çox təəssüf ki, "FaceLock" sisteminin yaxın vaxtlarda tətbiqi nəzərdə tutulmur. Tədqiqatçılar bildirirlər ki, onların gördüyü işin məqsədi yeni parol sistemi yaratmaq yox, sifətlərin tanınması texnologiyasını təkmilləşdirməkdən ibarətdir, - "Hi-Tech News" yazır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs