Əlaqə Arxiv
news Image
2014.06.28
15:08
| A A A
Gənc qadın məsciddə intihara cəhd etdi
Türkiyənin Malatya vilayətindəki məscidlərdən birində intihara cəhd hadisəsi baş verib. Movqe.az-ın ANS PRESS-ə istinadən xəbərinə görə, ötən gün namaz qılmaq üçün məsciddə qadın otağına girən qadınlar burda 26 yaşlı M.B.ni huşsuz vəziyyətdə aşkarlayıblar. Gənc qadını qaldırmaq istəyərkən onun biləyindən qan axdığını görərək polisə məlumat verilib.

Hadisə yerinə dərhal polis və təcili yardım cəlb olunub. İlkin müdaxilə zamanı M.B.nin biləklərini kəsdiyi və siçan zəhəri içdiyi məlum olub. İntihara cəhd edən qadın Malatya Dövlət Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı cinayət işi açılıb və istintaq davam edir.
Sizin Reklam Yeriniz