news Image
2014.06.28
14:11
| A A A
Taksi sürücüsü qadın müştərilərini zorladı
Avstriyada baş verən zorlama faktlarından biri ölkə mətbuatında geniş yer alıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada yaşayan 59 yaşlı Martin B. adlı taksi sürücüsü qadın müştərilərinə əxlaqsız hərəkətlər etməkdə günahlandırılıb.

Martin taksisinə sərxoş minən iki qadının bu vəziyyətindən istifadə edərək onlara cinsi təcavüz edib. Müştərilərin daha sonra polisə şikayət etməsilə sürücü yaxalanıb və haqqında cinayət işi açılıb. Məhkəmə iclasında salonda dinləyici olaraq əyləşən başqa bir qadın isə sürücünü görüb prokurora həmin şəxsin ona da təcavüz etdiyini bildirərək şikayət edib. Beləliklə sürücü haqqında növbəti iş açılıb.

Maraqlı olan başqa bir məqam isə Avstriyanın "Österreich" qəzetinin təqsirli bilinən Matin B. adlı şəxsi şərti olaraq adını Əli seçməsi və onu müsəlman kimi göstərmək cəhdi olub. Bu fakt da bir çox xarici medianın diqqətini çəkib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs