Əlaqə Arxiv
news Image
2014.06.28
17:03
| A A A
Bakıda tonlarla ət tapıldı
Bakıda mənşəyi bilinməyən tonlarla ət aşkar edilib. Movqe.az xəbər verir ki , bu barədə məlumat Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilib.

A.Məhərrəmov küçəsində Müşfiqabad qəsəbə sakini Sərdar Şahverdiyevə məxsus ət tədarükü məntəqəsində yoxlama olub. Əməliyyat tədbirlərini Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və İstintaq və Təhqiqat İdarəsi əməkdaşları keçiriblər.

Nəticədə ət tədarükü məntəqəsinin 2 soyuducu kamerasında və 3 saxlanc yerində mənşəyi məlum olmayan və istifadəyə yararsız 6 tondan artıq ət aşkar olunub.
Sizin Reklam Yeriniz