Əlaqə Arxiv
news Image
2014.06.28
17:00
| A A A
Gənc oğlanın başını kəsdilər
Bu gecə 04:00 radələrində Sabirabadda dəhşətli qətl olub.Movqe.az xəbər verir ki , Rayon Prokurorluğundan  verilən məlumata görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Abbas Nazim oğlu Fətullayevin boğazını kəsiblər. Araşdırmalar zamanı onun tanışı 1992-ci il təvəllüdlü Araz Qabil oğlu Fərəcov tərəfindən qətlə yetirildiyi məlum olub.

İlkin ehtimala görə, onlar şəxsi münaqişə zəminində mübahisə ediblər. Sonradan əsəblərini cilovlaya bilməyən Araz Fərəcov tanışını dəhşətli şəkildə öldürüb.

Polisin keçirdiyi əməliyyat zamanı tanışını həyatdan məhrum edən Araz Fərəcov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Sizin Reklam Yeriniz