Toya hazırlaşan ailədə faciə
Ötən gün Qobustan rayonunda toya hazırlaşan ailə yasa qərq olub.
Movqe.az xəbər verir ki ,Qobustan rayon polis şöbəsindən verilən
məlumata görə, saat 09:30-da rayonun Yekəxana kəndində yaşayan
Bədəlovlar ailəsi böyük bədbəxtçilik yaşanıb.
Belə ki, ailə üzvləri iyun ayının 27-də yaxın qohumlarının toyuna hazırlaşırmış. Bu zaman ailənin 12 yaşlı övladı Şəfa Bədəlov həyətdə oynayırmış. Bu zaman uşaq oynadığı ipi boynuna dolayıb. Lakin sonradan ipi aça bilməyib. Uşağın çığırtısına atası Vidadi həyətə çıxıb. Uşağın halının pis olduğunu görən valideynlər ipi uşağın boynundan açmağa çalışıblar. Lakin ip açılmayıb.
Sonradan ipi bıçaqla kəsiblər. Uşağın halı pisləşdiyindən həkim çağrılıb. Həkimlər gələnə qədər uşaq dünyasını dəyişib.