Əlaqə Arxiv
news Image
2014.06.28
19:32
| A A A
Prezident ATƏT-in toplantısında
Azərbayacan prezidenti İlham Əliyev Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyasında iştirak edib.
Movqe.az  ANS PRESS-ə istinadən xəbər verir ki, prezident bildirib ki, islahatların həyata keçirilməsi ölkəmizdə sabitlik yaradıb.

"Azərbaycanda ifadə, toplaşmaq və digər azadlıqlar təmin olunub, İnternet azaddır, ölkə əhalisinin yarıdan çoxu internet istifadəçisidir. Biz qısa müddətdə müasir, özünə arxalanan dövlət yarada bildik".

O, qeyd edib ki, ATƏT və digər strukturlara qurulan əlaqələr gələcəkdə daha çox işlər görməyə kömək edəcək.

Qeyd edək ki, bu gün Bakıda ATƏT Parlament Assambleyası (PA) Daimi Komitəsinin iclası başlayıb və ATƏT PA-nın 23-cü illik sessiyası keçirilir. ATƏT PA-nın ən böyük tədbiri hesab edilən illik sessiyaya Azərbaycan ilk dəfə olaraq ev sahibliyi edəcək.
Sizin Reklam Yeriniz