Əlaqə Arxiv
news Image
2014.06.28
20:00
| A A A
Abdullah Gül vidalaşdı
Türkiyənin 10-cu prezidenti Abdullah Gül ötən gün "Çankaya" igamətgahında rəsmi tədbir zamanı "vida" ismarışı verib.

Movqe.az-ın ANS PRESS-ə istinadən xəbərinə görə, Abdullah Gül ötən gün Mali səfirinin etimad məktubunu qəbul edib. Məlumata görə, ölkə prezidenti Mali səfirini gözləyərkən kameralar tərəfə dönüb və, "Bu bizim son qəbullarımızdır, bilirsiniz" – deyib. Tədbirdən sonra jurnalistlərin suallarına cavab verməyən Gül prezident administrasiyasının baş müşaviri Əhməd Sevər tərəfə dönərək, "Bunlar bizim son qəbullarımız, deyilmi?" – deyib.

Abdullah Gülün iki dəfə eyni sözü deməsi maraqla qarşılanıb və vida ismarışı kimi qəbul olunub.

Abdullah Gülün prezidentlik müddəti bu il avqustun 28-də başa çatır.


Sizin Reklam Yeriniz