Əlaqə Arxiv
news Image
2014.06.28
20:13
| A A A
İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün Birləşmiş Ştatların Missisipi ştatından olan respublikaçı senator Rocer Uikerin və Nyu Cersi ştatından olan respublikaçı konqresmen Kristofer Smitin başçılıq etdikləri ABŞ nümayəndə heyətini qəbul edib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının əhəmiyyətinə toxunularaq tədbirdə səmərəli müzakirələrin aparılacağı əminliklə qeyd olunub.

Söhbət zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT Parlament Assambleyası çərçivəsində əməkdaşlığımız ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sizin Reklam Yeriniz