Əlaqə Arxiv
news Image
2014.06.28
21:23
| A A A
Sosial şəbəkəyə görə məktəblini döydülər
Rusiyada yeniyetmə oğlanın sosial şəbəkələrdən birində qızla şəklini dərc etməsi ona problem yaradıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, şəkildə olan qızın tanışı məktəblini qısqandığından öz dostlarına ondan qisas almağı xahiş edib.

Sinif yoldaşı olan qızla çəkil çəkdirib onu sosial şəbəkədə yayması qızın yaxın dostunun xoşuna gəlməyib.

İlkin informasiyaya görə, iki 16 yaşlı gənc Rostovun Oktyabr rayonunda 14 yaşlı yeniyetməni pusub və onu ölümcül döyüb. Nəticədə məktəbli ciddi travmalarla reanimasiyaya düşüb.

Hər iki 16 yaşlı Rostov şəhər sakini barəsində Rusiya Federasiyasının İstintaq komitəsinin istintaq bölməsi tərəfindən "sağlamlığa qəsdən ağır ziyan vurma" ittihamı ilə cinayət işi açılıb.
Sizin Reklam Yeriniz