news Image
2014.06.28
21:31
| A A A
"İki prezident görüşməlidir"
ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı planlarını açıqlayıb.

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, ATƏT sədri Didye Burkhalter çıxışında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təşkilatın planlarını açıqladı və ilk növbədə prezidentlər arasında yeni görüş keçirilməli olduğunu bildirdi: "ATƏT vasitəçilik tədbirlərini intensiv şəkildə davam etdirmək niyyətindədir".

Didye Burkhalter hazırkı dövrün ATƏT üçün çox həssas olduğunu və Ukraynada gərginliyin azaldılmasında ATƏT-in rolunun artacağını bildirdi.

Bundan başqa o, ATƏT-in münaqişələrin həllində rolunun artırılmasını və ATƏT-i gücləndirmək üçün Helsinki Yekun Aktının prinsiplərinə əməl etməyin zəruri olduğunu qeyd edib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs