Əlaqə Arxiv
news Image
2014.06.28
23:05
| A A A
İki piyadanı maşın vurdu
Abşeron rayonunda naməlum avtomobilin vurduğu iki piyadadan biri hadisə yerində ölüb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Abşeron rayonunun Hökməli qəsəbəsinin ərazisində naməlum avtomobillə Cəlilabad rayon sakinləri Fərhad Nuriyev və onun arvadı Səbinə Əməşova vurulub. S.Əməşova hadisə yerində ölüb, F.Nuriyev xəstəxanaya yerləşdirilib.

Nəsimi rayonunun ərazisində naməlum avtomaşın Bakı şəhər sakini Cümşüd Hüseynbəylini vurub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Ağdaşda isə naməlum avtomobillə rayon sakini Seyran Yusifov vurulub. Piyada xəstəxanaya yerləşdirilib.

Hadisələrlə bağlı cinayət işi açılıb, naməlum avtomobillərin sürücülərinin tapılaraq məsuliyyətə cəlb olunması üçün əməliyyat-axtarış tədbirləri görülür.


Sizin Reklam Yeriniz