Əlaqə Arxiv
news Image
2014.06.29
11:00
| A A A
İşsiz qalan olmayacaq (VİDEO)
Biznes qurmaq istəyən gənclərə birdəfəlik ödəniş ediləcək.

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, hökumət gənclər arasında işsizliklə mübarizə çərsivəsində yeni tədbirlər planı hazırlayıb. Layihəyə əsasən dövlət universitetini yeni bitirən gənclərə bir dəfəlik pul ödənişi edəcək. Bu vəsait hesabına isə gənc özünün şəxsi biznesini quracaq. Amma gənclər bu vəsaiti almaq üçün özünü sübut etməli olacaq. İlk olaraq öz biznesini qurmaq istəyənlər arasında seçim aparılacaq. Sonra isə seçilmişlərə tədris mərkəzində "biznesin əsasları" adlı kurs keçiriləcək. Kursu bitirdikdən sonra yalnız imtahandan müvəfəqiyyətlə çıxmış gənclərə pul veriləcək ki, onlar sahibkarlıq fəaliyyətinə başlasınlar.

Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli deyib ki, onlar sabahkı günün vergi ödəyicisi olacaqlar.

"Sabah yeni iş yerlərinin açılmasına tövhə verən insan olacaqlar. Ona görə yenə də deyirəm ki bu məşqulluq xidmətləri orqanları üçün vacib məsələdir, yəni biz passiv tədbirdən aktiv tədbirə keçirik. İnsanları əmək bazarına inteqrasiya edəcəyik", - deyə Dövlət Məşğulluq Xidmətinin rəisi bildirib.

Hələlik bu ideya "pilot layihə" kimi bu ilin payızında Göyçay rayonunda icra olunmağa başlanacaq. Layihə bitəndən sonra təhlillər aparılacaq və müsbət nəticə olduğu halda yenilik bütün ölkədə tətbiq olunacaq.


Sizin Reklam Yeriniz