news Image
2014.06.29
12:00
| A A A
İŞİD öz adamını çarmıxa çəkdi (FOTO)
İŞİD öz üzvünü oğurluq etdiyi üçün cəzalandırıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, İraq Şam İslam Dövləti (İŞİD) silahlıları qruplaşma üzvlərindən biri Suriyada oğurluq etdiyi üçün öldürülüb. Maraqlısı isə budur ki, öldürən tərəf də məhz elə İŞİD üzvləri olub.

İŞİD-lə əlaqəsi olan "Twitter" və "Facebook" sosial şəbəkələrində yayılan edam fotosu görənləri dəhşətə gətirib. Hələb ərazisində yerləşən Əl-bab rayonu meydanında həyata keçirilən edamda İŞİD üzvünün boynuna "söyüşlə, hədə ilə insanların pulunu oğurladığı üçün öldürülüb" yazısı olan kağız asıblar. Daha sonra çarmıxa çəkilmiş həmin şəxsin fotosunu sosial şəbəkədə yayıblar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs