Əlaqə Arxiv
news Image
2014.06.29
14:05
| A A A
Avropa çempionatında daha 5 final
Fransanın Mant-an-İvelin şəhərində yeniyetmələr və 23 yaşadək kayakçılar və kanoeçilər arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası uğurlu çıxışını ötən gün də davam etdirib.

Movqe.az xəbər verir ki , Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən  verilən məlumata görə, təmsilçilərimiz 5 yürüşdə əsas finala yüksəliblər.

Daha öncə 23 yaşadək kanoeçilər arasında 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Taras Matviyçuk - Aleksey Kupin dueti bürünc medal qazanmışdı. Bu dəfə həmin duet 500 metr məsafəyə yürüşdə əsas finala yüksəlib.

Duetimiz seçmə yürüşdə finişə 1 dəqiqə 47,716 saniyəyə hamıdan tez çatıb və birbaşa həlledici yürüşdə iştirak hüququna yiyələnib. Həmin yürüş iyunun 29-da Bakı vaxtı ilə saat 16:20-də başlanacaq.

Yeniyetmələr arasında 1 nəfərlik qayıqla (C-1) çıxış edən Mikita Sablin də 2 məsafədə əsas finala yüksəlib. Sablin 500 metr məsafəyə seçmə yürüşdə 1 dəqiqə 56 saniyə, yarımfinalda 2 dəqiqə 268 saniyə nəticə göstərib. Hər iki halda Sablin 2-ci yeri tutaraq, həlledici yürüşə vəsiqə qazanıb. Kanoeçimiz 200 metr məsafəyə yürüşdə isə seçmə mərhələdə 43,880 saniyə nəticə ilə 3-cü, yarımfinalda 42,500 saniyə göstərici ilə 2-ci olaraq, finala çıxıb. Sablin bu məsafələrə final yürüşünə bu gün saat 12:43-də və saat 18:20-də çıxacaq.

23 yaşadək kanoeçilərin mübarizəsində Anatoli Melnik 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə seçmə yürüşü 1 dəqiqə 59,080 saniyəyə 4-cü, yarımfinalda 1 dəqiqə 56,924 saniyəyə 1-ci yerdə başa vuraraq, əsas finala yüksəlib.

Həlledici yürüş bu gün saat 15:18-də başlanacaq. Nəhayət, 23 yaşadək kayakçıların mübarizəsində 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə Mirnazim Cavadov uğurla çıxış edərək, adını finalçılar sırasına yazdırıb. Cavadov seçmə yürüşdə 1 dəqiqə 46,856 saniyə nəticə ilə 4-cü olub. Yarımfinalda isə o, finişə 1 dəqiqə 46,096 saniyəyə 3-cü çatıb. Məhz ilk "3-lüy"ə düşdüyündən, kayakçımız həlledici yürüşdə iştirak hüququna yiyələnib. Bu yürüş iyunun 29-da saat 15:36-da başlanacaq.

Digər yürüşlərə gəldikdə, yeniyetmələr arasında Aleksey Solovey - Amil Hüseynli dueti 2 nəfərlik qayıqla (K-2) 500 metr, Amil Hüseynli 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr, Mirnazim Cavadov 23 yaşadək kayakçılar arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə B finalında (10 - 18-ci yerlər) çıxış edəcəklər.
Sizin Reklam Yeriniz