Əlaqə Arxiv
news Image
2014.06.29
15:06
| A A A
Tikrit “İŞİD”dən geri alındı
İraq ordusu Tikrit şəhərini İŞİD-dən geri alıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, İraqın şimalındakı Salahaddin vilayətinin valisi Əhməd Abdullah əl-Cuburi Tikrit şəhərinin İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplardan geri alındığını bildirib.

"Havadan edilən dörd tərəfli hücum nəticəsində İraq ordusu Tikriti "İŞİD" silahlı qruplarından geri alıblar." - deyə vali əl-Cubiri qeyd edib.

İraqın "Əl-İraqiyyə" televiziyası isə İraq ordusu hərbçiləri ilə İŞİD silahlıları arasında yaşanan qarşıdurmalarda 60 İŞİD üzvünün öldüyünü xəbər verib.

Qeyd edək ki, İraqda son zamanlar baş verən qarşıdurmalar nəticəsində İraq Şam İslam Dövləti təşkilatı (İŞİD) və bəzi qəbilələr Mosul, Tikrit, Baxibə, Telafer kimi şəhərləri öz idarəsi altına almışdı.
Sizin Reklam Yeriniz