news Image
2014.06.29
16:00
| A A A
Hacıqabulda fəhlələrin vaqonu yandı
Ötən gün axşam saatlarında Hacıqabulda dəmir yol stansiyasında yanğın olub.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə,

Hacıqabul rayonu, Muğan dəmir yol stansiyasında Dəmir Yol İdarəsinin təmir-tikinti briqadasına məxsus vaqonlardan birində yanğın hadisəsi baş verib.

Hadisə nəticəsində 8 vaqondan ibarət dayanmış qatarın 1 vaqonunun (fəhlələrin istirahət vaqonu, sahəsi 36 kv.m) yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Qatarın qalan vaqonları yanğından mühafizə olunub.

Yanğın saat 22:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs