Həmyerlisini öldürüb polisə təslim oldu
Sabirabad rayonunda bıçaqla qətlə yetirilmiş
kişi meyiti tapılıb.
Movqe.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə,
ötən gün Sabirabad sakini Abbas Fətullayevin bıçaqla qətlə
yetirilmiş meyiti tapılıb.
Hadisəni qısqanclıq zəminində törətmiş şəhər sakini Araz Fərəcov
könüllü olaraq Sabirabad Rayon Polis Şöbəsinə gələrək təslim
olub.