news Image
2014.06.29
18:35
| A A A
"Azərbaycanın mövqeyini daim dəstəkləyirik" (FOTO)
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Şura Məclisinin binasında keçirilmiş görüş dostluq qrupunun sədri Abdulla Al Nasirin təşəbbüsü ilə baş tutub.

Abdulla Al Nasir bu ayın əvvəllərində onun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəttah Heydərovun dəvəti ilə ölkəmizdə səfərdə olduğunu xatırladıb. O, səfərin yüksək səviyyədə keçdiyini, ölkəmizdə gedən inkişafın və xalqımızın qonaqpərvərliyinin şahidi olduqlarını vurğulayıb.

Dostluq qrupunun sədri ölkələrimiz arasında əlaqələrin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri zamanı qoyulduğunu bildirib. O, ulu öndər Heydər Əliyevin Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin inkişafı ilə bağlı siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyib.

Abdulla Al Nasir Səudiyyə Ərəbistanının Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizin ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsini pisləyən ilk dövlətlərdən biri olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib və dəstəkləyəcək.

Çıxış edən dostluq qrupunun üzvləri Azərbaycana səfərdən və keçirilən yüksək səviyyəli görüşlərdən razı qaldıqlarını bildiriblər. Onlar ölkələrimiz arasında turistlərin qarşılıqlı səfərlərinin artırılması üçün sadələşdirilmiş viza rejiminə keçilməsinin zəruriliyini vurğulayıblar.

Səfir Rasim Rzayev dərin tarixi köklərə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin sürətlə inkişaf etdiyini deyib. Diplomat parlamentlərarası dostluq qrupunun Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

R.Rzayev görüşdə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə ətraflı məlumat verib. O, Səudiyyə Ərəbistanının beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüş barədə məlumat Səudiyyə Ərəbistanının kütləvi informasiya vasitələrində yayılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs