news Image
2014.06.29
19:42
| A A A
FİFA-dan Suareslə bağlı açıqlama
FİFA futbol üzrə İtaliya millisinin oyunçusu Corc Kellinini dişləyən Uruqvay yığmasının futbolçusu Luis Suaresi diskvalifikasiya etməsinin səbəblərini açıqlayıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Suaresin oyunlardan kənarlaşdırılmasının səbəblərindən biri onun etdiyi səhvi boynuna almamasıdır. Bundan başqa Suares Kellinini dişləyərkən hər iki futbolçu topdan uzaqda olub. Bu isə o deməkdir ki, Suares oyun zamanı deyil, oyundan kənarda qəsdən Kellinini dişləyib.

Qeyd edək ki, Braziliyada keçirilən futbol üzrə dünya çümpionatının qrup mərhələsində Uruqvay-İtaliya matçında uruqvaylı Luis Suares rəqib komandanın oyunçusu Kellinini dişləmişdi.

Nəticədə FİFA ulduz futbolçunu milli komandanın 9 matçından kənarlaşdırmaqla yanaşı, 4 ay futbol oynamasına da yasaq qoymuşdu. Cəza bitənədək uruqvaylı oyunçu stadionlara belə daxil ola bilməyəcək. Bundan başqa Suares 82 min avro cərimə ödəyəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs