news Image
2014.06.29
20:07
| A A A
Hər 4 nəfərdən birinin smartfonu olacaq
2014-cü ilin sonunadək dünya əhalisinin 25 faizi smartfondan istifadə edəcək.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, "eMarketer" analitik şirkəti 2014-cü ilin sonunadək smartfon istifadəçilərinin sayı ötən illə müqayisədə 25 faiz artaraq təxminən 1,76 milyarda çatacağını proqnozlaşdırıb.

2017-ci ilədək artıq dünyada yaşayan insanların 33 faizi smartfonlardan istifadə edəcəkdir.
Tədqiqata əsasən, smartfon istifadəçilərinin 951 milyonu Asiya-Sakit okean regionunun payına düşür. Avstraliyada ölkə əhalisinin 50 faizi 2013-cü ildə smartfondan istifadəyə başlayıblar.

Hazırda smartfon istifadəçilərinin sayına görə Çin dünyada birinci yerdədir. 2014-cü ildə onların sayı 521,7 milyon nəfər olacaqdır. 2018-ci ilədək Çin əhalisinin 50 faizi smartfonlardan istifadə edəcəkdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs