Poroşenkoya qarşı etiraz aksiyası keçirildi (VİDEO)
Ukraynanın paytaxtı Kiyevdə əsgərlər və fəallar Prezident
Administrasiyasının binası önündə etiraz aksiyası keçiriblər.
Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları Ukrayna prezidenti Petro Poroşenkonu ölkənin şərqində rusiyayönümlü separatçılarla əldə edilmiş atəşkəsi dayandırmağa çağırıblar.
Etirazçı kütlə qarşısında çıxış edən Donbass özünümüdafiə batalyonunun komandiri Semyon Semençenko isə hər kəsi səbrli və təmkinli olmağa çağırıb. O, prezident Poroşenkonun Ukrayna xalqına qulaq asacağına və onları dəstəkləyəcəyinə əmin olduğunu vurğulayıb.