news Image
2014.06.29
23:05
| A A A
Öcalan PKK-ya göstəriş verdi
PKK lideri Abdulla Öcalan PKK tərəfindən qaçırılan 134 uşağın geri qaytarılması barədə göstəriş verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Öcalan bu göstərişi İmralıya onun ziyarətinə gələn Xalqların Demokratik Partiyasının (HDP) nümayəndə heyəti vasitəsilə PKK-çılara çatdırıb.

PKK-çıların qaçırdığı 134 uşağın bu həftə valideynlərinə təhvil veriləcəyi gözlənilir.

Abdulla Öcalanın bu addımı Türkiyə hökumətinin "çözüm sürəci"nə (Kürd probleminin həlli prosesi) dəstək olaraq atdığı bildirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs