news Image
2014.06.30
13:51
| A A A
Nazir daha bir TSEK rəhbərini zaldan qovdu
Səlim Müslümov: "Mən söz vermişəm ki, bu nazirliyin qapısından beş quruş da içəri rüşvət girməyəcək"

"Mən söz vermişəm ki, bu nazirliyin qapısından beş quruş da içəri rüşvət girməyəcək. İşçilərimə də bu barədə qəti tapşırıq vermişəm. Bildirmişəm ki, kim vətəndaşlardan rüşvət alsa işdən çıxarılacaq. Bəzən əlilliyin təyin olunması ilə bağlı şikayətlər gəlir. Ötən şənbə günü mən bu zalda Tibbi Sosila Ekspert Komissiyalarının rəhbərləri ilə görüşdə təkrar onlara bu barədə xəbərdarlıq etdim".


Movqe.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi (ƏƏSMN) və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə " Mərkəzi İcra Hakimiyyəti Orqanları ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda keçirilən konfransda nazir Səlim Müslümov səsləndirib. Nazir bildirib ki, bərbərxanada olarkən oan bildirdilər ki, bir nəfər əlilliyin təyin olunması ilə bağlı get-gələ salınır: "Mən də həmin TSEK rəhbərini elə bu zaldan işdən qovdum. Düzdür, rüşvət istəməyib, amma vətəndaşı get-gələ salmaq, süründürmək elə rüşvət istəmək kimi bir şeydir".


S. Müslümov TSEK rəhbərlərinə nazirliyə dəvət olmadan gəlməyin də qadağan edildiyini söyləyib: "Mən zaldan hamını çıxarıb onlarla təkbətək söhbət etdim. Soruşdum ki, bəlkə kimsə bu nazirlikdən sizdən rüşvət istəyir? Cavabları belə oldu ki, əvvəllər istəyirdilər, amma siz bura nazir təyin olunduqdan sonra belə bir hal olmayıb".



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs