news Image
2014.06.30
14:16
| A A A
Nazir: "Mənim buradan aldığım maaş ancaq öz ailəmə çatır"

"Mənim hər həftənin ikinci günü vətəndaşlarla görüş günümdür. Hər kəsin müraciətlərini dinləyib şikayət varsa, aidiyyatı şöbəyə araşdırılması üçün tapşırıq verirəm. Amma bəzən müraciətlər elə olur ki, biz də çıxılmaz vəziyyətdə qalırıq. Gəlib nazirlikdən köməklik üçün pul istəyirlər. Bu düzgün deyil. Mənim buradan aldığım maaş anaq öz ailəmə çatır. Axı o pulu götürüb paylaya bilmərəm".

Movqe.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi (ƏƏSMN) və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə " Mərkəzi İcra Hakimiyyəti Orqanları ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda keçirilən konfransda nazir Səlim Müslümov səsləndirib. Nazir bildirib ki, nazirlikdə kimsə havayı pul almır ki, buraya gələnlərə də pul paylasın : "Mən  ciddi tapşırıq vermişəm ki, nazirliyə ünvanlanan bütün müraciətlərə baxılsın". 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs