news Image
2014.06.30
14:37
| A A A
Ölkənin bütün banklarında rabitə haqlarını ödəmək mümkün oldu
Ölkə vətəndaşlarının rahatlığının təmin edilməsi məqsədilə, respublika ərazisində fəaliyyət göstərən banklarda rabitə xidmət haqlarının qəbul edilməsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi tərəfindən xüsusi proqram təminatı hazırlanıb və ölkədə fəaliyyət göstərən bütün banklar bu sistemə qoşulub. Mövqe.az-a MHM-dan verilən xəbərə görə, hal-hazırda abunəçilər həm Hökumət Ödəniş Portalı (apus.az) vasitəsilə, həm də respublika ərazisində fəaliyyət göstərən bütün bankların filiallarında və şöbələrində rabitə xidmət haqlarını rahatlıqla ödəyə bilirlər. 2014-cü ilin mart ayından istifadəyə verilən bu xidmət əhalinin marağına səbəb olmuşdur və statistika göstərir ki, qısa müddət keçməsinə baxmayaraq bu sistem vasitəsilə aparılan ödənişlərin həcmi durmadan artmaqdadır.  Eyni zamanda abunəçilərin rahatlığının təmin edilməsi üçün servis yaradılıb və telefon nömrəsini kompüterə daxil edərkən avtomatik olaraq həmin abunəçinin kommunal kodları və borc məbləğləri ekranda əks olunur.  Beləliklə də kommunal kodların yadda saxlanılmasına ehtiyac qalmır və təkcə telefon nömrəsini daxil etməklə həm rabitə, həm də kommunal xidmətlərin ödənilməsi mümkün olur.  Bu xidmətin bir üstünlüyü də ondadır ki, yığılan vəsait həmin gün avtomatik olaraq aidiyyəti telekommunikasiya müəssisəsinin bank hesabına köçürülür və debitor yaranmır.
 
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs