news Image
2014.06.30
10:10
| A A A
"Masallı-cənnət misallı"...

Görkəmli alim Fərahim Xələfli və tanınmış Azərbaycan yazıçısı Nurəddin Ədiloğlunun müştərək müəllifliyi ilə ərsəyə gələn  "MASALLI-  CƏNNƏT  MİSALLI"  kitabı (Bakı,  "Qanun"  nəşriyyatı,   2013) Azərbaycanın   gözəl  güşələrindən  birir  olan  Masallının  keçmişindən   və  bu   günündən   bəhs  edən  entoqrafik  oçerk  və  publisistik  məqalələr   daxil  edilmişdir.  Oxucular  bu  kitab  vasitəsilə  həmçinin  Masallının  təbiəti,  onun  mətbəxti,  mədəni  həyatı,   milli  qəhrəmanları,  elm  və  mədəniyyət  adamları   haqqında   məlumatlarla  tanış  olacaqlar.   


İki  hissədən  ibarət  olan  bu  kitabdakı  bütün  əhvalatları  vahid  mövzu  birləşdirir.   Müəlliflərin  əvvəllər  dövrü  mətbuatda  çap  olunan  məqalələrindən  bəzi  nümunələr  təkrarlanarsa  da   bunlar  kitabın  əsas  ideya  istiqamətini  tamamlayaraq  onu  daha  da  oxunaqlı  edir.


Hüseynbala   Əhədov,  Mirhəsən  Ağa,   Mirzə  Möhsün  Fətullayev (Fətullayevlər  sülaləsi),   Zəbi  Quliyev,  Xəlil  Dadaş,  Teymur  Bəy  Bayraməlibəyov,   Fərəhim  Zeynalov,   Elçin  Cahangirli,  Elçin  Musaoğlu və onlarca başqaları haqqında bu məqaləyə sığmayan insanlar haqqında "MASALLI-  CƏNNƏT  MİSALLI" adlı yeni kitabında geniş söhbət açılır.    


Bütün bunlar "MASALLI-  CƏNNƏT  MİSALLI" kitabında, 359 səhifədə, "Birinci hissə"də və "İkinci hissə"də başlıqları adı altında iışq üzü görmüşdür.




"Yurd yerimiz, qan yaddaşımız Masallı"da oxuyuruq ki, ("Birinci hissə"də) Masallının tarixi çox qədimdir.

Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. 


Abasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar öz əksini tapmışdır. 


"Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmişdir. Tarixi mənbələrdə bu toponim "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər. Masallı sözünün "Mosullu" sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və onun şərəfinə Masallı adlandırılıb. Toponimika ilə məşğul olan alimlərimizdən R.Yüzbaşov və Ş.Sədiyevin birgə yazdığı "Azərbaycanın coğrafi adları" kitabında "Masallı-Masal nəslinə mənsub" şəklində qeyd olunmuşdur. Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri doktoru N.Məmmədov isə bu yaşayış yerinin yaranmasını Masal bəy adlı bir şəxslə əlaqələndirir. 


Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,  

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV yazır ki, bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın "Masal" əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılmışdır. Beləliklə, "Masallı" toponimində "Masal"-Yer ərazi "Lı"isə məkan bildirən şəkilçidir. Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Lənkəran xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanırdı. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil oldu. Qədim tarixə, zəngin mədəniyyətə malik, intellektual səviyyəsi yüksək olan Masallıya maraq tarixin müəyyən dövrlərindən artmağa başlamışdır. Görkəmli siyasi xadimlərin, dövlət və mədəniyyət adamlarının Masallıya gəlişi məhz belə bir münasibətin ifadəsi idi. 


1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin Ərkivan kəndində, görkəmli dövlət xadimi, yazıçı Nəriman Nərimanovun 1922-ci ildə Masallıda və onun bir sıra kəndlərində olması barədə çoxlu əsərlərdə yazılara rast gəlmək olur. Doktor N.Nərimanov Masallıda olarkən bu ərazinin təbii imkanları və üstünlüklərindən danışmaqla yanaşı, həm də taxılçılığı və çəltikçiliyi inkişaf etdirməyi vacib saymışdır. 




Ümumiyyətlə, kitab ensiklopedik xarakter daşıyır və bu nəşr Masallı və masallılar haqqinda çox şeyi əldə etməyə kömək edir. 





Yeni nəşrdə qeyd olunur ki, "Masallının mətbuat tarixi" də (səh.299) maraqlıdır.


1932-ci ilin mayın 31-də Masallıda "Yeni həyat" qəzetinin nəşrə başlaması rayonun ictimai-siyasi həyatında ən mühüm hadisələrdən biri sayılır. "Yeni həyat" Masallı Rayon Partiya Firqəsinin və İcraiyyə Komitəsinin orqanı kimi fəaliyyət göstərib. Yaxın keçmişimizdən bu günümüzə körpü rolunu oynayan bu qəzetin rayonumuzun inkişafında, mədəni həyatında rolu az olmamışdır. İlk illər rayon partiya firqəsinə rəhbərlik edən İlya Minsiyev (bəziləri Mişov deyir) həm də "Yeni həyat" qəzetinin məsul redaktoru olub. O vaxtlar Masallıda mətbəə olmadığından qəzetin ilk sayları Lənkəranda nəşr olunmuşdur. 1933-cü ildə Masallı MTS-də nəşr olunan "Kolxoz bayrağı" və 1935-36-cı ilərdə Ərkivanda çıxan çoxtirajlı "Bolşevik yolu" qəzetlərinin redaktorları Oruc Əliyev və Nemət Nemətov sonralar "Yeni həyat"ın məsul katibləri və redaktorları olmuşlar. 1934-cü ildən etibarən "Yeni həyat" Masallıda çap olunmağa başlayıb. O vaxtlar həftədə 600-800 tirajla çıxan qəzetin materialları əllə yığılıb sonra "Amerikanka" maşınında çap edilirdi. 1934-cü ildə "Yeni həyat"n ilk təsdiq edilmiş redaktoru Məmmədağa Sultanov (Bakı) olmuşdur. 1935-ci ildə redaktorluqdan getmişdir. Boradigahlı Cəbrayıl Məmmədov 1938-39-cu illərdə "Yeni həyat"ın redaktoru olmuşdur. Masallı şəhərindən Minəvvər Əhmədova "Yeni həyat"ın məsul katibi və redaktor əvəzi işləyib. 1962-ci ilin mayında "Yeni həyat"ın nəşri dayandırılıb. May 1962-ci ildən iyun 1965-ci ilə kimi Lənkəranda çap olunan "Leninçi" rayonlararası qəzeti fəaliyyət göstərmişdir. 1965-ci ilin avqustunda Masallıda "Çağırış" qəzeti nəşrə başlamışdır. Qəzetə bir müddət Moskva Ali Partiya Məktəbinin mətbuat şöbəsini bitirən Bərdəli İnqilab Əliyev redaktorluq etmişdir. 1966-cı ildə "Çağırış"ın ("Yeni həyat") redaktorluğu Lənkəranlı Vaqif Hüseynova həvalə edilmişdir. 1968-ci ildə ən yaxşı tərtibatı üçün "Çağırış" qəzeti SSRİ Jurnalistlər İttifaqının "Qızıl Qələm" mükafatına, 1983-cü ildə 50 illik yubileyi münasibətilə respublika Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görülmüşdür. Qəzet həmin illərdə 13-14 min tirajla çap olunmuşdur. 1977-ci ilin may ayında Vaqif Hüseynov redaktorluqdan getmişdir. Həmin ilin avqustundan Masallı RPK-da təbliğat-təşviqat şöbəsinin müdiri işləyən İbrahim İbrahimov "Çağırış" ("Yeni həyat") qəzetinə redaktor təyin olunmuşdur. Çağırış"ın nəşri 1994-cü ilin iyul ayında dayandırılmışdır. 1994-cü ilin 28 iyulunda Masallı RİH-ın təsisçiliyi ilə (həmtəsisçisi qəzetin jurnalist kollektivi olub) "Yeni Qəzet" nəşrə başlayıb. Çaxırlılı Rahid Ulusel qəzetin redaktoru təyin olunub. 28 yanvar 2002-ci il tarixdən "Yeni qəzet"in redaktoru Köhnə Alvadılı İnşallah Məmmədov olmuşdur. 1 aprel 2002-ci ildə Masallı mətbuat tarixinin 70 illiyi ərəfəsində "Yeni Qəzet"in yaradıcı kollektivi rayon icra hakimiyyətinə qəzetin 1932-ci ildəki adının qaytarılması barədə müraciət edib. RİH başçısı 2002-ci il aprelin 5-dən "Yeni Qəzet"in "Yeni həyat" adı ilə çap olunması barədə sərəncam imzalayıb. 1 may 2003-cü il tarixdən "Yeni həyat" qəzetinin baş redaktoru Əyyub Mehdiyev təyin olunmuşdur. 2007-ci ildə qəzetin 75 illiyi təntənə ilə qeyd edilmiş, əməkdaşlardan üç nəfərinə - baş redaktor Əyyub Mehdiyev, redaktor müavini Rəsul Rzayev və məsul katib Həsənağa Əliyevə "Qızıl Qələm" media mükafatı, onlarca yazarına Masallı Rayon İcra Hakimiyyəti başçısının "Fəxri fərman"ları verilmidir. 2010-cu ildə Milli Mətbuatımızın 135 illiyi münasibətilə qəzetin keçmiş baş redaktoru Əyyub Mehdiyev "Tərəqqi" medalı ilə təltif edilmişdir. İdman tədbirlərini müntəzəm işıqlandırdığına görə "Yeni həyat" 2010-cu ildə rayon qəzetləri arasında fərqlənmiş və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının diplomuna layiq görülmüş, baş redaktor Əyyub Mehdiyev və məsul katib Həsənağa Əliyev mükafatlandırılmışlar. Əvvəllər qəzet ayda, iki ayda çap olunurdusa, tirajı az idisə, bu gün "Yeni həyat" həftədə 1 dəfə 2250 tirajla çıxır. Hazırda "Yeni həyat" qəzetində Əyyar Tahirov redaktor, Rəsul Rzayev redaktor müavini, Həsənağa Əliyev məsul katib vəzifələrində çalışırlar.


"Masallının idman aləmi" (səh.106) adlı yazıda bildirilir ki, sərbəst güləş ilk dəfə Masallı rayonunda 1950-ci ildə yaranıb, 1953-ci ildə Məmməd Ağayev (1933-cü ildə Öncəqala kəndində anadan olmuşdur) tərəfindən təməli qoyulmuşdur. 

1960-ci illərdən ölkə səviyyəsində şıxış etməyə başlamışlar. 



O, İlk nəticəsini 1966-cı ildə qazanmışdır. 

Ərkivan qəsəbəsində boya-başa çatmış Yaqub Məmmədov SSRİ çempionu olmuş, SSRİ idman ustası adını qazanmışdır. 

Yaqub Məmmədov 1974-cü ildən məşqçilik fəaliyyətinə başlamışdır. Əvvəlcə məktəblərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi işləmişdir. Həmin illərdə Məktəblərin Ümumittifaq Spartakiadasında 3 idmançı qızıl medala layiq görülmüşdür: Aslan Ağayaev, Azər İsayev və Xəzər İsayev.


Bunlar arasında həmyerlimiz Azər İsayev çempion olmuşdur. Bu dövrdən başlayaraq yaqub Məmmədov 25 il müddətində Azərbaycan yığma komandasının baş məşqçisi işləmişdir. İşlədiyi müddətdə Avropa , Dünya və Olimpiya oyunlarında 69 ədəd qızıl, gümüş və bürünc medal Ölkəyə gətirilmişdir. Bunun bariz nümunəsi olaraq 2000-ci ildə Sidney Olimpiadasında Azərbaycanin yığma komandasının üzvü Namik Abdullayev Olimpiya çempionu olduqdan sonra Ulu Öndər Heydər Əliyev tərəfindən Yaqub Məmmədov Şöhrət ordeni və Prezident təqaudçüsü adına layiq görülmüşdür. Hal hazırda qadınlardan ibarət yığma komandasının baş məşqçisidir. 


Xanoğlan Abdinov (Ərrkivan qəsəbəsi) UGİM-də məşqçi-müəllim işləmişdir. 1967-1973-cü illərdə SSRİ birinciliyinin qalibi olmuşdur. 


Ramazan Səmədov Qızılağac kəndində anadan olmuşdur. 1962 və 1964-cü illərdə SSRİ çempionu olmuşdur. 


Arzuman Fərəcov SSRİ idman ustası və Azərbaycan birinciliyinin qalibi olmuşdur. 


Ədalət və Telman Paşayev qardaşları 1970-ci illərdə dünya kubokunun qalibi və .....ikinci yeri tutmuşlar və dəfələrlə Azərbaycan birinciliyinin qalibi olmuşlar. 


Azər İsayev Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında Avropa çempionu olmuşdur. 


Xıdır Hüseynov SSRİ idman ustası Azərbaycan birinciliyinin qalibi və mükafatçısı olmuş,hazırda sərbəst güləş üzrə məşqçı müəllim işləyir. 


İsayev Qurbanəli dəfələrlə Beynəlxalq turnirlərin qalibi və yığma komandanın baş məşqçisi olmuşdur. 

1995-1997-ci illərdə Hüseynov Cavid , Fərəcov Rövşən, Rəhmanov Samir və Əfqan Azərbaycan birincisi olmuşlar. 

2004-ci ildə Qasımov Rəşad Azərbaycan birinciliyinin qalibi olmuşdur, Rəhmanov Samir yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibi olmuşdur. 

1995-ci ildə Məlikli Məlikağa dəfələrlə Azərbaycan birinciliyinin mükafatçısı olmuşdur. 

1995-ci ildə Kipr Xalq Cumhuriyyətinin ildönümünə həsr olunmuş Beynəlxalq turnirdə Həşimov Aqşin 45-kq, Əsədullayev Anar 58-kq, Aslanov Elnur 48-kq çəkilərdə mükafata layiq görülmüşlər. Hüseyinzadə Hüseyin 1997-1998-ci illər arasında Azərbaycan birinciliyinin mükafatçısı olmuşdur. 



Masallı rayonunda Yunan-Roma güləşinin inkişafında da Ərkivan qəsəbəsində anadan olmuş, boya-başa çatmış Nadir Ağayevin böyük xidmətləri olmuşdur. Əbəs yerə bu qəsəbəni "pəhləvanlar kəndi" adlandırmırlar.Nadir Ağayev öz evində təmənnasız güləş məktəbi yaradan, övladı olmasa da yüzlərlə güləşçiyə atalıq edib onları böyük idmana gətirən Nadir Ağayev 1969-cu ildən bu sahə ilə məşğul olmuş və Masallının idman tarixinə uğurlu səhifələr yazmışdır. 

Nadir Yaqub oğlu Ağayev 1935-ci ildə Ərkivan kəndində anadan olmuşdur.SSRİ idman ustası və Əməkdar məşqçidir. 

Onun yetirmələri: 


1.Ədalət Mazanov- Kubada keçirilən Beynəlxalq turnirin qalibi və yetirmələri arasında ilk beynəlxalq dərəcəli idman ustası

2. Mazanov Kamal- İdman məktəblərinin SSRİ birinciliyinin gümüş və bürünc mükafatçısı olmuşdur. 

3. Əli Əliyev- SSRİ çempionu ,gənclər aarsında Avropa çempionu,gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı olmuşdur. 

4. Mülayim Xıdırov- SSRİ birinciliyinin mükafatçısı,Respublika çempionu

5.Ağarza Nurullayev -Respublika çempionu,idman ustası

6. Şöhrət Məcidov- Respublika çempionu,idman ustası

7. Elxan Bayramov- Respublika çempionu,idman ustası

8. Böyükxan Gülverdiyev- 3 dəfə Respublika çempionu, Respublikalar arasında keçirilən SSRİ birinciliyi - III yer


1969-cu ildə N.Ağayev bütün gücü ilə bölmələrin sayını artırmış, uç qrupa bölünən bölmə ikisi rayonun mərkəzində olmaqla vaxtilə keçmiş Kino klubun binasında fəaliyyət göstərmişdir. 


1970-ci illərdə rayonun mərkəzində ilk açıq birincilik keçirilmiş, bu bölmədə iştirak edən idmançılar ilk dəfə olaraq məhsul bayramında iştirak etmişlər. 1971-1972-ci illərdə idmançılar Daşkənd və Şamxor rayonuna ezam olunmuşlar. 1973-cü ildə ilk dəfə rayon birinciliyi keçirilmişdir. 1971-ci ildə yunan-roma güləşçilərimiz ilk dəfə komanda şəkilində Xanlar rayonunda keçirilən yarışlarda iştirak etmiş və bu uç çempionla geri qayıtmışlar. 


Həsənağa Mazanov, Rəhim Məmmədov, Tərlan Nuriyev, Ədalət Mazanov, Xurşud Heydərov və bu kimi idmançılar yarışlarda fəal iştirak etmişlər. 


N.Ağayev demək olar ki, yüzlərlə idmançını klassik güləş üzrə Respublika yarışlarına aparmış onun etimadını doğrultmuşlar., 


İdman ustaları Əli Əliyev, Ədalət Mazanov, Böyükxan Gülverdiyev, Kamal Mazanov, Məşkur Qasımov, Sultan Məhərrəmov, 

 Səyədulla Əkbərov, Mülayim Xıdırov, Mübariz Mikayılovdur.


İdman ustalığına namizədlər isə Gülbaba Əliyev, Səyyaf Mikayılov, Qardaşxan Əmənov, Şöhrət Məcidov, Ənvər Əiyev, Raidxan Bayramov,  Xurşud Heydərov,  Mahir Əmənov və Sücəddin Gülverdiyev olmuşlar. 


Bu idmançılar arasında Avropa mükafatçıları da vardır. 

1973-1979-cu ilə kimi qrupun rəhbəri Soltan Məhərrəmov olmuşdur. 


Kitabda əslən masallıdan olan məşhurlar haqqında da məqalələr verilmiıdir.Onlardandan biri "SO­NUN­CU MO­NO­LOQ" (sən.223) yazısında təqdim edilr. "SO­NUN­CU MO­NO­LOQ" Azərbaycan Respublikasının əməkdar artisti, yedioymaqlı Əli Sa­lah­lı­nın xa­ti­rə­si­nə həsr edilmiıdir.Kitab müəllifləri yazırlar ki, 


 ...Demə qə­fil ölü­mün dün­ya­nı da göz­dən sa­la­caq­mış, Əli mü­əl­lim! Bir yaz gü­nü əla­həz­rət ölüm gə­lib sə­ni səh­nə­də hax­la­yan­da inan­maq is­tə­mə­dik, oyun­dur - de­dik. Za­lım fə­lə­yin qur­du­ğu bu oyun­da de­mə əbədi ayrılıq gözlə - qaşın məsafəsi qədər yaxınmış. Əli mü­əl­lim! Ye­nə o gün səh­nə­də "Gi­lə­nar çi­çək­lə­ri­nə de­dik­lə­rim" əsə­rin­də­ki ye­tim Əlab­ba­sın mo­no­lo­qu­nu söy­lə­yən­də san­ki için­də il­lər bo­yu bəs­lə­di­yin dərd­lə­rin çi­çə­yi çırt­la­mış­dı. Səh­nə­də dö­nüb ol­muş­dun ye­tim Əlab­ba­sın ruh qar­da­şı! Mər­hum şa­ir, mü­əl­lim Nov­ruz Xoş­bəx­tin por­tre­ti önün­də qəm­li du­ru­şun­dan sez­dim bu­nu, bəl­kə, elə Əy­lis­li­nin can­lı qəh­rə­ma­nıy­dı səh­nə­yə gə­lən?! Axı sən mo­no­loq söy­lə­mir­din, Əli Sa­lah­lı! Ye­tim ki­şi­nin "mə­za­rı ba­şın­da" ağı de­yir­din, Sə­mən­dər qu­şu tək od­la­ra tu­tu­şur­dun, Dədə Kə­rəm ki­mi ya­nır­dın o gün... "Axı mən sən­dən son­ra bu öm­rü ney­lə­yə­cə­yəm, mü­əl­lim?!"- de­yə ha­ray çə­kir­din... Yox­sa, əsl sə­nət fə..... de­yi­lən şey bu idi; Əziz, se­vim­li bir mü­əl­li­min ru­hu ilə qol-bo­yun ol­muş­dun səh­nə­də. Elə ru­ha da qo­vu­şub get­din o gün... Get­din! Yo­lu­nu göz­lə­sək də, bir də ge­ri dön­mə­din.



Sə­nə bir də­fə de­miş­dim axı, Əli mü­əl­lim, aman­dır, o mo­no­lo­qu söy­lə­mə!.. Masallının görkəmli maarif xadimi H­üseyn­ba­la Əhə­do­vun xa­ti­rə ge­cə­sin­də, - "Ömür ya­rım­çıq qal­mır" ki­ta­bı­nın təq­di­mat mə­ra­si­min­də və mə­nim doğ­ma Xır­man­da­lı kən­dim­də şa­ir, mü­əl­lim Xu­da­kə­rim Məf­tu­nun mək­təb­lə vi­da mə­ra­si­min­də söy­lə­miş­din o mo­no­lo­qu... O mo­no­loq sə­nin öm­rü­nü gə­mi­rir­di axı. Yox­sa ömür yo­lun­da mən­zil ba­şı­na çat­dı­ğı­nı duy­muş­dun, be­şi­yi­nin yır­ğa­lan­dı­ğı Ma­sal­lı­ya mə­za­rı­nı qaz­dır­ma­ğa gəl­miş­din?!



                            



                             Doğma ana diyarımdı Masallı,



                             Səadətim, baharımdı Masallı.



                             İlk məskənim, son mənzilim bu yerdi,



                             Beşiyimdi, məzarımdı Masallı…



                       



Yetim kişi, gözəl kişi, o gün dərd-kədər səndə güzgülənmişdi: axı sən dər­də ürə­yin­də "fəx­ri" yer ayır­mış­dın. H­eç vaxt on­dan gi­ley­lən­di­yi­ni eşit­mə­dim. H­əmi­şə ona gü­lür­dün. Sən dər­di dərk elə­di­yi­nə gö­rə o sə­ni tərk et­mir­di. Dərd sə­nin için­də yel­kən­li qa­yıq ki­mi üzür­dü, elə bil öm­rü­nün do­lan­bac yol­la­rın­da sən onu qəs­dən ba­şı­nı qat­mış­dın; za­ra­fat­la­rın­la, Xə­lil Rza­nın, Məm­məd Ara­zın, Va­qif H­üsey­no­vun, Ra­miz Röv­şə­nin, Ağa­cə­fər H­əsən­li­nin... bir də Arif Fər­zə­li­nin şeir­lə­ri i­lə! Ağa­cə­fərin "Özü­nü dərd ağa­cın­dan as­maq­dan gö­zəl şey yox­dur" mis­ra­sı­nı tez-tez de­yər­din. Üzü­yo­la uşaq ki­mi dərd əl­lə­rin­dən tutub sə­ni gəz­di­rir­di. Ba­kı, Lən­kə­ran, Ma­sal­lı ara­sın­da o dərd­lər­lə "so­mo­var ça­yın qay­na­dı, da­mar­da qa­nın qay­na­dı". Ge­dib nə­və­lə­ri­nin əl­lə­rin­dən tut­ma­sın - de­yə sən dər­din əlin­dən bərk ya­pış­mış­dın, fə­da­kar ki­şi! O sə­nə öy­rəş­miş­di, sən də ona...



İçin­də vur­nu­xur­du dərd-qəm­li mu­si­qi tək bir qur­tum şə­rab­la bə­zən məst et­di­yin dərd. O gün Nov­ruz Xoş­bəx­tin por­tire­ti önün­də da­ya­nan­da ayıq idi. Bəl­kə də, mək­təb­li uşa­qkən çıx­dı­ğın o səh­nə­də 59 yaş­lı əmək­dar ar­tist­lə haqq-he­sab apar­maq­dan həzz alır­dı dərd. Təh­vil-təs­lim ak­tı­na ni­yə im­za at­dın, Əli mü­əl­lim?! Xə­fif bir kə­dər yaz me­hi ki­mi ağ saç­la­rı­nı tu­mar­la­dı, ru­hu­na sı­ğal çək­di. Səh­nə­yə göz­lə­nil­mə­dən ba­yır­dan qa­ran­quş uçub gəl­di. İla­hi, o qa­ran­quş ni­yə gə­lib sə­nin ba­şı­nın üs­tün­də cəh-cəh vu­rub, son­ra get­di! Bəl­kə, mü­qəd­dəs Qu­ran­da bəhs olu­nan əba­bil qu­şu­nun-qa­ran­qu­şun di­lin­dən nə­sə eşit­din?!



... Və son­ra özün­dən, sö­zün­dən, dər­din­dən bö­yük bir ki­şi var-gəl elə­di səh­nə­də. Əzab və iz­ti­rab­la­rı­nın zir­və­si­ni fəth et­miş bir ki­şi. Bu, sən idin, Əli mü­əl­lim. Ölü­mün piş­va­zı­na çı­xıb, ona xoş gəl­din de­yir­din. Bəl­kə, o qa­ran­quş axi­rət dün­ya­sı­nın müj­də­sin­dən sə­nə so­raq gə­tir­miş­di. Elə isə ni­yə bi­zim­lə vi­da­laş­ma­dın?! Bəs o an sən nə dü­şü­nür­dün, Əli mü­əl­lim? Bir az­dan qa­zı­la­caq mə­za­rı­nın önün­də boy­nu­bü­kük bə­növ­şə­lər­tək da­ya­na­caq qız­la­rı­nı, nə­və­lə­ri­ni , "dib­çək-dib­çək" pə­ri­şan dost­la­rı­nı, sə­nət yol­daş­la­rı­nı, yox­sa Lən­kə­ran Döv­lət Dram Te­at­rın­da ya­rım­çıq qal­mış səh­nə de­ka­ra­si­ya­sı­nı, "Lə­ya­qət" pye­sin­də oy­na­ya­ca­ğın baş ro­lu...



Bəl­kə, ayaq tut­du­ğun an­dan ya­xa­nı ta­nı­yan DƏRDin kəmfürsətliyini dü­şü­nür­dün?! Bəl­kə, ölü­mün nim­daş si­fə­ti­ni gö­rən­də o gün:



 



Mən ölən­də ağ­la­ma­ğa



Bü­tün dost­lar sağ ola kaş!.. –



 



de­yə Ra­miz Röv­şən­nin mis­ra­la­rı­nı­mı xa­tır­la­dın?!



Sən­dən son­ra adı­na dərd de­di­yi­miz hə­zin pı­çıl­tı­ya, ağı­ya dön­dü. Göz yaş­la­rı­mı­za qa­rış­dı. İn­di də kə­dər­li mu­si­qi­tək dərd sən­siz da­rı­xan dost­la­rının ba­şı­nı qa­tır, Əli mü­əl­lim! Al­lah sə­nə rəh­mət elə­sin, yax­şı ki­şi, ye­tim ki­şi! (28.04.05).



                                                                                                         



   P.S: Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru, respublikanın əməkdar artisti Əli Məmməd oğlu Salahlı 23 aprel 2005 –ci ildə ömrünün 59-cu baharında Masallıda dünyasını dəyişdi. 1973-cü ildən aktyor kimi fəaliyyətə başladığı Lənkəran Dövlət Dram Teatrında 80-ə yaxın tamaşada istər baş rolda, istərsə də epizodik rollarda mahir ifaçı kimi sənətsevərlərin rəğbətini qazanmışdı. Azərbaycan mədəniyyətinin inküşafında göstərdiyi xidmətlərə görə 2000-ci ildə reapublikanın əməkdar artisti fəxri adına layiq görülmüşdü. Yazıçı –jurnalist Nurəddin Ədiloğlu Əli Salahlının unudulmaz xatirəsinə və anadan olmasının 60 illiyinə "Sonuncu monoloq" adlı kitab həsr etdirmişdir (Bakl, "Araz" nəşriyyatı, 2006-cı il)






Fərahim Xələfli və Nurəddin Ədiloğlunun müştərək müəllifliyi ilə ərsəyə gələn  "MASALLI-  CƏNNƏT  MİSALLI"  kitabı (Bakı,  "Qanun"  nəşriyyatı,   2013) yeni nəşrində "İlham Əsgərov – səsin dalğası" (səhifə 250) bədii yazısı isə bu günlərimizin müasirinə, şöhrətli masallılıya  töhfə olunub:


"Səsiylə - sədasıyla Azərbaycanımın dünənindən bu gününə körpü salan, boy-buxununda Dəmbəlo dağının ucalığını, səsində Viləşçayın coşqunluğunu, Şır-şır bulağın həzinliyini yaşadan sənətkar barədə duyğularımı ipə-sapa düzüb, nəsə babat bir ürək sözü yazmaq çoxdankı arzumdur. Amma yazdıqlarıma baxanda İlhamın mavi ekrandan – isdedadlı rejissor Elçin Cahangirlinin çəkdiyi "Susmuş vicdan" teleserialında canlandırdığı general obrazı sanki mənə səslənir: "Yox. Qardaş, belə olmaz deyir, sən hələ məni yaxşı tanımırsan!"

Mən İlhamı uzaqdan-yaxından 30 ildir tanıyıram. Bəs adam 30 il ərzində tanıdığı şəxsiyyət barədə görüb-bildiklərini daha necə dilə gətirər? Özüm də bilmirəm, İlham barədə düşünəndə niyə məhz onu ali məktəbə qəbul imtahanına gələndə Sahil bağında – tənha bir skamyada səhəri açan ağ köynəkli abituriyent obrazında görürəm. Niyə?! Bəlkə o vaxt aktyor olmaq arzusuyla yaşayan sadə bir kəndli gəncin abır-həyası ona şəhərdə yaşayan qohum-əqrabasının qapısını döyməyə mane olmuşdu?.. Amma o gecə İlhamın gələcəkdə böyük şəhnədə tənha və doğmalar arasında qərib bir insanın obrazını oynayacağı rolun debütü oldu. Deyəsən, belə hissləri biz də yaşamışıq axı. Yəni İlham öz müasirlərinin canlı obrazını erkən yaşlarından həyat səhnəsində oynayan bir sənətkardır.



Biz hər ikimiz Masallıda - Rafiq Tağının "Muğan tərəflər" dediyi yamyaşıl zəmiləri olan qonşu kəndlərdə doğulmuşuq. Bəlkə də lap uzaq qohumuq, xəbərimiz yox!.. Əslində mənim Xoşçobanlı, Mollahəsənli kəndlərində qohumlarım var.

Masallının el ağsaqqalarından olan Samı Kəlbiyev dədəmi həmişə qohum deyə çağırardı. O Samı Kəlbiyev ki, Rəsul Rza, Qılman İlkin, Lütvəli Abdullayev, Süleyman Rüstəm, Hüseyn Əliyev, Zeynal Xəlil və Azərbaycanın başqa görkəmli şəxsiyyətləri, sənət adamları onun dostu və qonağı olublar... İlham tele-müsahibələrində tez-tez el ağsaqqalının adını çəkir. Sinif yoldaşı Siyasət Həsənovu, dostu Hacı Əbülfət Əliyevi, qohumu Bahadur müəllimi də unutmur.

Yaxın qohum-əqrabaların təbirincə desək, İlham hələ lap uşaq çağlarından "oyun" çıxardırdı. Bəlkə bu "oyun", "teatr" çıxarmaq hissi onda Samı kişigildə xalq artisti Lütvəli Abdullayevi görəndə, onun məclisdə zarafatyana dediyi sağlığın Muğan elində dildə-ağızda gəzdiyini eşidən anda yaranmışdı? Ölməz sənətkar Lütvəli Abdullayev Samı kişinin şərəfinə öz sağlığını belə ifadə edirdi: "Həzarat, mənim Azərbaycanda kolxoz sədri vəzifəsində işləyən çox dostlarım var. Bəziləri adama toyuq göndərəndə dəni vermirlər, dən göndərəndə toyuğu. Amma Samı dostum həm toyuq verir, həm də dən..." 



İlk dəfə ali məktəbə daxil olmaq cəhdi daşa dəydi İlhamın... Şirvanda 

(o vaxtkı Əli Bayramlı) çilingər işlədi. Həyat və əmək təcrübəsi qazandı. Səhnə onunçun həyatın bir parçasıydı. "Müqəddəs ocaq" adlandırdığı səhnədə ilk addımlarını atdı, teletamaşalarda ilk rollarını oynadı... 

Səhnədə ölüm səhnəsi yaratmaq kinodakından qat-qat çətindir. Lal obrazını yaratmaq ondan da çətindir. Hüseyn Cavidin "İblis" dramında səhnədə oynadığı lal ərəb roluna görə tamaşanın rejissoru Mehdi Məmmədov kollektiv çəkdirdikləri şəklin arxasına bu sətirləri yazdı: "İlham, lal dilində gözəl danışdığına görə səni təbrik edirəm!" 



Sonra səhnədə sərkərdə, xan, xaqan, kral, böyük siyasi xadim də oldu: Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda Sabutay, İlyas Əfəndiyevin "Hökmdar və qızı"nda Məhəmməd xan, Uilyam Şekspirin "Kral Lir"ində Fransa kralı, Əli Əmirlinin "Mesenat"ında N.Nərimanov, Mövlud Süleymanlının "Fatehlərin divanı"nda Bilgə xaqan obrazlarına səhnə ömrü verdi İlham... 

Akademik teatrın ən populyar tamaşalarında iştirak etməklə yanaşı, İlham Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biridir. Çox incə qəlbli, həssas insandı İlham. 

Əməkdar artist Əli Salahlı haqqında "Sonuncu monoloq" kitabımı oxuyandan sonra mənə telefonla minnətdarlığın bildirdi. Mənə elə gəldi ki, İlham əyalət teatrlarında çalışan və dünyasını dəyişən sənətkarların yad olunmasına bərk kövrəlmişdi... (Əli Salahlı 12-13 yaşlarında ilk dəfə çıxdığı səhnədə 59 yaşında Yetim Əlabbasın monoloqunu deyərkən dünyasını dəyişmişdi)

Bir-iki il öncə "Həzrəti Yusif" teleserialında Yaqub peyğəmbərin rolunu səsləndirirdi İlham. Sanki təkcə səsləndirmirdi, həm də həmin polu oynayırdı. Səsi ayrılıq həsrətindən təşnə olan ürəklərə sərinlik yayırdı… Amma İlham etiraf edir ki, dublyaj zamanı mətni oxuyarkən bəzi məqamlarda özü də bərk kövrəlib, hətta ağlayıb.



Və nədənsə xanandələr həmişə "Apardı sellər saranı" mahnısını oxuyanda, "Gedin deyin Xoşçobana, gəlməsin bu il Muğana!" sözlərini eşidəndə yadıma Xalq artisti İlham Əsgərov düşür. İlhamın Muğan toylarında əlində mikrofon, Dədə Qorqudsayağı səsiylə, əzəmətiylə bəylə -gəlinə xeyir-dua verməsinın az şahidi olmamışam. "Xançoban" söz sövqatıyla hər il Muğana gəlir... Muğanın da, Azərbaycan toy-büsatlarının da söz-sənət aşiqi İlhamsız günü olmasın! 



Səhnədə Elçin Həşimovun tarı cuşə gəlir… Xanəndə Məsumun səsi pərdə-pərdə yüksəlir. İlham da qəzəl deyir. Dünyanın gözəlliklərindən zövq alır insan. Dağların hüsnünü örtmüş buludlar aram-aram seyrəlir. Dəmirağac meşəsinə haray düşür, ün düşür: "Dünya yaşamalı dünyadır, qardaş!" 

İlhamın səsi neçə-neçə səs dalğasında öz ahəngi, öz rəngi, avazı ilə tanınır... Bu səs çalarında neçə-neçə olməz ustad sənətkarın, cəngavərin obrazı göz önündə canlanır. Yaddaşlara qətrə-qətrə hopur Babək qüruru, Nizami zirvəsi, Füzulinin qəm karvanı, Nəsimi dəyanəti, Xətainin qılınc və söz sərkərdəliyi... İlham, obrazlı tərzlə desək, ta qədimdən üzü bəri yaranan poeziyamızın vuran nəbzi, döyünən qəlbidir. 


Bəzən şirin xəyala dalıram. Günlərin bir günü (nədənsə o günün məhz bahar çağlarına təsadüf edəcəyini düşünürəm...) Kazım Ziya sənətini yaşadan xalq artisti İlham Əsgərov Dədəm Qorqudsayağı səsiylə elimizə - obamıza QƏLƏBƏ müşdəsi verir... İlahi, zəfər təranələri ilə süslənən Azərbaycan necə də möhtəşəm görünür. Taleyin və tarixin min cür sınağına sinə gərən Qarabağ eli bayram libasına bürünür. Pərən-pərən düşmüş insanlar yurd yerlərinə dönür. İlhamın səsi AZADLIQ meydanına nur çiləyir: "Gözün aydın, Azərbaycan!"



Tarixçılərin yazdığına görə qədim muğanlı cəngavərlər boylu-buxunlu olublar. İlham səhnədə də, həyatda da mənə o qədim cəngavərləri xatırladır:

- Ehey, siz niyə belə cırlaşmısınız? - deyir, - Niyə bir-birinizdən aralı düşmüsünüz? Çiyinlərinizi bir-birinə söykəyin, qardaşlar, bir olun! Yurdumuzun nicatı bizim birliyimizdədir.

...Yaradıcılığının otuz illik gecəsində dostlarından biri ona Məkkədən üzük gətrmişdi. Bəlkə o üzük mənin barmağımda elə də parlaq görünməzdi, amma "İncəsənət qvardiyasının sərdarı", söz sərkərdəsi İlham Əsgərovun barmağına yaraşırdı. İlham bütün vücudu ilə, ululara xas səsi ilə səhnədə daha əzəmətlı görünür. 

Qəribədir, son vaxtlar mən onu istər kinoda, istər teatr səhnəsində yalnız özümün arzuladığım rollarda görürəm: Şah İsmayıl Xətai, Nadir şah Əfşar, Qaçaq Mozu... Sonuncunu tanımadınız yəqin! Qaçaq Mozu elə qaçaq Nəbi kimi bir igid olub bizim Muğan tərəflərdə. İlhamın həmkəndlisidir. Ona öz zəmanəsinin Robin Qudu da demək olar."




-Nə isə... Son vaxtlar həyat səhnəsində qəfil itirdiklərimiz o qədər çoxdur ki! Ölüm mələyi nə ad-sana baxır, nə də yaşa. Bir gün eşitdim ki, çağrılmamış qonaq kimi xəstəlik İlhamın da ünvanını tapıb. Allah qıymasın, dedim. Hələ səhnədə oynayacağı çox rollar, həyatda görəcəyi cox işləri var. Şükürlər olsun Allaha, sağaldı, ad günü "Space" kanalında toy-bayram kimi qeyd olundu. 

Və sonda üzünü xeyli vaxtdır görmədiyim sevimli aktyora deyirəm: İlham, bu yazını mən yazmadım qardaş, sən yazdın! Sən özün barədə yazılan və yazılmayan çox sanballı fikirlərin müəllifisən. Uca Rəbbimiz səni qorusun! 

Sənin sənətinə və şəxsiyyətinə ehtiramla..." -


deyə  "MASALLI-  CƏNNƏT  MİSALLI"  kitabındakı "İlham Əsgərov – səsin dalğası" adlı məqalə belə qurtarır...



"MASALLI-  CƏNNƏT  MİSALLI" kitabı masallı və masallılar üçün ən qiymətli hədiyyədir.Yeni kitab təkcə masallı və masallılar üçün deyil, bütün təbəqədən olan insanlar üçün maraqlıdır.

"MASALLI-  CƏNNƏT  MİSALLI" kitabının redaktoru Suriyyə  İsmayılqızıdır.

Qed edək ki, bir rayondan - bu silsilədən bəhs edən maraqlı yazılar növbəti kitaba da daxil ediləcəkdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs