Əlaqə Arxiv
news Image
2014.06.30
12:00
| A A A
Masallıda yeni tibb məntəqəsi istifadəyə verilib

Yaponiya hökumətinin maliyyə dəstəyi ilə

inşa edilib tikilmiş tibb məntəqəsi sakinlərin istifadəsinə verilmişdir


Bu yaxınlarda  Masallı rayonunun Güllütəpə kəndində Yaponiya hökumətinin maliyyə dəstəyi ilə inşa edilib tikilmiş tibb məntəqəsi sakinlərin istifadəsinə verilmişdir.


Yaponiya hökumətinin maliyyə dəstəyi ilə inşa edilmiş tibb məntəqəsi istifadəyə verilmişdir.

Yaponiya hökumətinin ölkəmizdə həyata keçirdiyi "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində həyata keçirilmiş layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə "İnkişaf-2006" Sosial Dəstək İctimai Birliyi arasında 2013-cü il 13 sentyabr tarixində imzalanmışdır.


Layihənin məqsədi Masallı rayonunun Güllütəpə və qonşu beş kəndin sakinlərinə göstərilən tibbi xidmətin səviyyəsini daha da yaxşılaşdırmaqdır. Layihədən faydalanacaq əhalinin sayı 6 min 800 nəfərdən çoxdur.


Tibb məntəqəsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takanaşin, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, "İnkişaf-2006" Sosial Dəstək İctimai Birliyinin sədri Füzuli Abıyev, Masallı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmişlər.


Milli Məclisin deputatı Elmira Axundova çıxışında qeyd etmişdir ki, Yaponiya hökuməti ilə Azərbaycan arasında möhkəm dostluq əlaqələri mövcuddur. Bu dostluğun təməlini ümummilli lider Heydər Əliyev qoymuşdur. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Azərbaycanda ilk məktəb binası məhz mənim doğulub boya-başa çatdığım Masallı rayonunun Mollaoba kəndində inşa edilmişdir.


Bildirilmişdir ki,  bu layihə üçün Yaponiya hökumətinin ayırdığı  qrant yardımının ümumi məbləği 110 min 957 ABŞ dolları təşkil edir.


O da bildirilmişdir ki, 2003-cü ildə "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində Masallı rayonunun Mollaoba kəndində məktəb binasının tikintisi üçün 74 min 082 ABŞ dolları qrant yardımı ayrılmışdır.

Diqqətə çatdırılmışdır ki, bu layihələr də daxil olmaqla, Yaponiya hökumətinin Azərbaycanda imzalanmış qrant müqavilələrinin ümumi sayı 183 və dəyəri 15,305,706 ABŞ dolları təşkil edir.


Yaponiyanın Azərbaycana ayırdığı inkişaf üçün rəsmi yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği artıq 1 milyard ABŞ dollarını keçmişdir


Tədbirdə çıxış edən kənd sakinləri, tibb işçiləri və ictimaiyyətin nümayəndələri ölkəmizdə yerli əhəmiyyətli sosial problemlərin həllinə göstərilən yardıma görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildirmişlər.

Mərasimdə Milli Məclisin Deputatı Nəriman Əliyev, Latviyanın Azərbaycan Respublikasındakı fövqalədə və səlahiyyətli səfiri Hardiys Baumanisin iştirak etmişlər.


Güllütəpə kəndi Masallı rayonunun şimal qərbində dağətəyi ərazidə yerləşir. Bu kəndin ə razisi  460 hektar, ə halisi isə   2370 nəfərdir.  Hal-hazırda əhali əkinçilik və maldarlıqla məşğul olur.


Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,  

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROVUN x əbər verdiyi kimi, Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyətinin Yaponiyaya işgüzar səfəri çərçivəsində iyunun 4-də bu ölkənin Fucikavaquçiko şəhərinin rəhbərliyi ilə görüş keçirilmişdir. 


Həmin görüşdə Fucikavaquçiko şəhərinə səfər çərçivəsində Azərbaycan nümayəndə heyətində   Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOV  da iştirak etmişdir.


Görüşdə regional əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.


AzərTAc-a istinadən bildiririk ki, Fucikavaquçiko şəhərinin meri Y.Vatanabe Azərbaycanın son illər sürətli inkişafı və qazandığı uğurlar barədə xəbərdar olduqlarını bildirmişdir. Azərbaycanın Yaponiyadakı səfirliyi ilə sıx və mütəmadi əlaqələri olduğunu diqqətə çatdıran mer rəhbərlik etdiyi şəhərin tarixi və inkişaf istiqamətləri barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, əhalisinin sayının 27 minə yaxın olmasına baxmayaraq, şəhər ildə 3 milyona qədər turist qəbul edir. Bunun səbəbi turizmin inkişafı üçün lazım olan bütün infrastrukturun mövcudluğudur.


Y.Vatanabe Fucikavaquçiko şəhərinin rəhbərliyinin regional əməkdaşlıq çərçivəsində Azərbaycanın şəhər və rayonları ilə dostluq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulamışdır.


Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov görüşdə müstəqilliyinin bərpasından cəmi 23 il keçməsinə baxmayaraq, ölkəmizin böyük uğurlara imza atdığını bildirmişdir. Vurğulanmışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar öz bəhrəsini verir və Azərbaycan regionun lider ölkəsinə və dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrilmişdir. Azərbaycanın dünyanın enerji təminatında mühüm rol oynayan beynəlxalq səviyyəli enerji layihələrində aparıcı rolu, TANAP və TAP kimi layihələrdə fəal iştirakı diqqətə çatdırılmışdır. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı sahəsində əldə olunan uğurlardan danışan Hüseyn Mövsümov bu baxımdan Fucikavaquçiko şəhəri ilə Azərbaycanın rayonları arasında dostluq və tərəfdaşlıq əlaqələrinin hər iki tərəf üçün faydalı olacağını vurğulamışdır.

Sonra Fucikavaquçiko şəhərinin iqtisadi inkişaf istiqamətləri barədə təqdimatlar keçirilmişdir.


Fucikavaquçiko şəhəri ilə əməkdaşlıqda maraqlı olan Qəbələ, Masallı, Qusar, Şabran, Yardımlı və Ağcabədi rayonlarının rəhbərləri bu rayonların iqtisadi inkişaf göstəriciləri haqqında məlumat vermiş, yapon tərəfini Azərbaycana səfərə dəvət etmişlər.


Qonaqpərvərliyə və ətraflı fikir mübadiləsinə görə Fucikavaquçiko şəhərinin rəhbərliyinə minnətdarlığını bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüseyn Mövsümov dostluq və tərəfdaşlıq mübadiləsi haqqında niyyət protokolunun layihəsini yapon tərəfinə təqdim etmişdir.


Fucikavaquçiko şəhərinə səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti turizm və kənd təsərrüfatı obyektləri ilə yaxından tanış olmuş, şəhərin tarixi və görməli yerlərini ziyarət etmişdir.


Yazının əvvəlində qeyd etdiyimiz kimi, Fucikavaquçiko şəhərinə səfər çərçivəsində Azərbaycan nümayəndə heyətində  Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOV  da iştirak etmişdir.


Sizin Reklam Yeriniz