news Image
2014.06.30
15:11
| A A A
Bakıda bu restoranda köhnə yeməklər müştərilərə verilir(FOTO)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhərindəki "Çinarlı" restoranında standartların tələblərinin kobud şəkildə pozulduğunu aşkarlayıb.  Komitədən Movqe.az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 9 ünvanında yerləşən fiziki şəxs Həsənov Yaşar Şahbaz oğluna məxsus "Çinarlı" restoranında göstərilən xidmətin standartların tələblərinə uyğunluğu araşdırılıb. Yoxlamalar nəticəsində aşkar olunub ki, restoranda bir neçə gün əvvəldən hazırlanmış qazan yeməkləri yenidən qızdırılaraq müştərilərə təqdim edilir. Müəssisədə hazırlanan "lülə" kababdan nümunə götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) sınaq laboratoriyasına təqdim edilib. Götürülmüş nümunənin müayinəsi nəticəsində kababın tərkibində ümumi mikroorqanizmlərin və bağırsaq çöpü qrupundan olan mikroorqanizmlərin sayının normadan kifayət qədər fərqləndiyi aşkar edilib. Həmçinin, müəssisədə yeməklərin hazırlanması zamanı hər hansı təsdiq edilmiş resepturadan istifadə olunmadığı, soyuducularda ərzaq məhsullarının saxlanılması zamanı mal qonşuluğuna riayət edilmədiyi, istismar olunan ölçmə vasitələrinin dövlət yoxlanışından keçirilmədiyi aşkarlanıb. Bundan başqa, müəssisədə realizasiyası həyata keçirilən müxtəlif növ alkoqollu və alkoqolsuz içkilərin, həmçinin, məhsul istehsalında istifadə edilən xamalların gigiyenik və uyğunluq sertifikatları, istifadə olunan heyvan ətinin baytarlıq müayinəsindən keçirildiyini təsdiq edən sənəd, hazırlanan yeməklərin sınaqlarının aparılması ilə bağlı müayinə protokolları, işçilərin tibbi müayinədən keçdiyini təsdiq edən sənəd yoxlamaya təqdim edilməyıb. Aşkar edilən bu və digər nöqsanlarla bağlı restoran rəhbərinə inzibati protokol tərtib edilmiş, standartların tələblərinə uyğun gəlməyən məhsulların hazırlanması və satışı qadağan edilib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs