news Image
2014.06.30
15:38
| A A A
Ekoloji təmiz şirkətlərin adları açıqlanıb

"Interbrand" beynəlxalq konsaltinq agentliyi 50 ən "yaşıl" şirkət reytinqinin yeni redaksiyasını tərtib edib

 İntellektual mülkiyyətin qiymətləndirilməsində ixtisaslaşan "Interbrand" beynəlxalq konsaltinq agentliyi 50 ən "yaşıl" şirkət (50 Best Global Green Brands) reytinqinin yeni redaksiyasını tərtib edib. Reytinqə istehsal, malların bölüşdürülməsi və utilizasiyası zamanı bütün ekoloji normalara əməl edən iri şirkətlər daxildir. "Interbrand" əməkdaşları brendin ekoloji təmiz müəssisə kimi qəbul edilməsini qiymətləndirərək on min nəfər arasında müvafiq sorğu keçirirlər.


Ətraf mühitin qayğısına daha çox qalan şirkətlər siyahısında ilk üç yeri "Ford", "Toyota" və "Honda" avtomobil istehsalçıları tutub. Ən yaxşılar beşliyinə Yaponiyanın il ərzində bir pillə geriləmiş "Panasonic" elektronika istehsalçısı daxildir. Finlandiyanın "Nokia" şirkəti isə əksinə, bir il əvvəlki doqquzuncu yerə nisbətdə altıncı yerdə qərarlaşaraq reytinqdə mövqeyini yaxşılaşdırıb. Bundan başqa, son tədqiqatda yeddinci yerdə olan "Sony" şirkəti dörd pillə irəliləyə bilib. "Dell" şirkəti onuncu yeri tutmaqla əvvəlki yerində qalıb. 


"Samsung Electronics" şirkəti elektronikanın utilizasiyası və ekoloji təmiz qablaşdırmalardan istifadə üzrə effektiv proqram sayəsində TOP-10-a yaxınlaşmağa nail olub. Bundan əlavə, ekspertlər Cənubi Koreya istehsalçısı tərəfindən başlıca məqsədi Afrikada səhiyyə və təhsil sahəsinin inkişafının təmin edilməsi olan "Digital Villages" (Rəqəmli kəndlər) layihəsini xüsusi qeyd ediblər. Bu kəndlər üçün əsas enerji mənbəyi günəş enerjisi olacaq. 


"50 Best Global Green Brands" siyahısına həmçinin "Intel" (15-ci yer), "Hewlett-Packard" (17) və "Apple" (21) kimi texnoloji şirkətlər daxildir, - "DailyComm" yazır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs