news Image
2014.06.30
16:31
| A A A
“Azerspace 1”də yayımlanan kanallarının sayı 100-ə çatdı
Azərbaycanın ilk telekommunikasiya peyki – "Azerspace-1" üzərindən yayımlanan telekanalların sayı artıb. 
Movqe.az -ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadla verdiyi məlumata görə, bu ilin iyul ayının 1-nə olan məlumata görə, artıq peyk üzərindən 100-ə yaxın televiziya və 20-dək radio kanalı yayımlanmaqdadır. Rusiyanın bir sıra televiziya kanalı Azərbaycanın ilk milli peyki "Azerspace 1/Africasat 1A" üzərindən yayıma başlayıb. Milli peyk üzərindən açıq yayıma başlayan kanallar "A-One", "Европа Плюс ТВ", "Карусель +0", "Life News", "МИР-24", "Москва. Доверие", "Мульт +0", "Пятница +0", "РЕН +0", "РУ-ТВ", "СТС +0", "ТВ3 (Россия) +0", "Звезда +0" artıq 11015 H 30000 5/6 transponderində özünə yer edib.
Qeyd edək ki, "Azerspace 1/Africasat 1A" üzərindən yerli kanallarla yanaşı, Gürcüstan, Ukrayna televiziya kanallarının yayımı həyata keçirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs