Dövlət Baytarlıq Xidmətinə yeni rəis müavini təyin edilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə yeni rəis müavini təyin edilib. Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin "APA-Economics"ə verdiyi məlumata görə, bu vəzifəyə Azər Süleymanov təyin olunub. Qeyd edək ki, bundan əvvəl A. Süleymanov uzun müddət Göygöl Baytarlıq İdarəsində rəis vəzifəsində çalışıb.