news Image
2014.07.01
11:03
| A A A
Kürdəmirdə ağır qəza-8 aylıq körpə öldü

Kürdəmirdə 1 nəfərin ölümü, 5 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 


Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 30-da axşam saat 22:00 radələrində Bakı – Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Tovuz rayon sakini 33 yaşlı Kərimov Niyamməddin Allahverdi oğlu idarə etdiyi "KaMaZ" markalı yük maşınını yol kənarında dayanmış Şabran rayon sakini 34 yaşlı Məmmədtağıyev Mehrab Baba oğluna məxsus "VAZ - 2107" markalı minik maşınına çırpıb. Nəticədə hər 2 maşının sürücüsü və M. Məmmədtağıyevin həyat yoldaşı 28 yaşlı  Məmmədtağıyeva Ofelya Əhəd qızı, qızları - 6 yaşlı Mehriban və 7 yaşlı Könül Məmmədtagıyevalar ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Ailənin hələlik adı məlum olmayan daha bir üzvü - 8 aylıq oğlan uşağı isə hadisə yerində dünyasını dəyişib.


Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs