news Image
2014.07.01
13:40
| A A A
Nazir: "Kütləvi ağac kəsmə halları böyük layihələrin tikintisi zamanı baş verir"

"Azərbaycanda kütləvi ağac kəsmə halları böyük layihələrin tikintisi zamanı baş verir". APA-nın şimal bürosunun xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Onun sözlərinə görə, ümumilikdə son illər ağac kəsmə halları kəskin azalıb: "Çünki bu hadisələrə bağlı hər bir hadisə cəmiyyət tərəfindən müzakirə predmetinə çevrilir və nazirlik də müvafiq tədbirlər görür. Son dövrlər belə hallar ancaq böyük layihələrin icrası ilə bağlı tikinti işləri, yol genişləndirilməsi, xəstəxanaların və uşaq bağçalarının inşası zamanı baş verir. Burda isə hüquqpozma ondan ibarətdir ki, vacib obyekt tikilir deyə, ağaclar köçürülə bilər. Amma müvafiq icra orqanları vaxtında müraciət etmirlər. Vaxtında müraciət olunsa, nazirlik çıxış yolu tapar". 

Nazir əlavə edib ki, çıxış yolu həmin ağacların bir yerdən başqa yerə köçürülməsidir. H. Bağırov, ölkə rəhbərliyinin tapşırığı əsasında çox qiymətli ağacların köçürülməsi üçün nazirliyə texniki imkanlar yaradıldığını bildirib.

Nazir son illər kənd və qəsəbələrin qazlaşdırılması nəticəsində meşə fonduna aid torpaqlarda da meşə qırıntılarının sayının azaldığını deyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs