Əlaqə Arxiv
news Image
2014.07.01
14:48
| A A A
Nazirlik mobil nömrə daşınma ilə bağlı yeni elektron xidməti elektronlaşdırdı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi" xidmətini elektronlaşdıraraq istifadəçilərin ixtiyarına verib.  Movqe.az-a nazirlikdən verilən xəbərə görə, "Elektron hökumət" portalı üzərindən təqdim olunan bu xidmət vasitəsilə mobil nömrələrin daşınma xidmətindən istifadəsi ilə bağlı məlumat əldə etmək mümkünləşib: "Xidmətdən yararlanmaq üçün istifadəçi mobil nömrəni müvafiq bölməyə daxil edərək "Göndərmək" düyməsini sıxmaqla asanlıqla məlumat ala bilər".
Qeyd edək ki, "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi" xidməti portalda qeydiyyatdan keçmədən istifadə oluna bilən xidmətlər sırasında yer alır.
 
Sizin Reklam Yeriniz