news Image
2014.07.01
15:22
| A A A
Məişət zorakılığı ilə mübarizədə ictimai fəallıq artırılır

Dünən "Üçüncü sektor" ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məişət zorakılığı ilə mübarizədə ictimai fəallığin artırılması" adlı layihəsini yekunlaşdırdı. Movqe.az xəbər verir ki,  layihə çərçivəsində Bərdə, Ağdam, Hacıqabul, Şirvan rayonlarında 200 qadın, kişi gənclər arasında maarifləndirmə tədbirləri həyata keçirildi. "Üçüncü Sektor" ictimai birliyinin mətbuat xidmətindən verilən məlumata əsasən layihənin icrası zamanı müvafiq qurumları cəlb etməklə məişət zorakılığı ilə mübarizə sahəsində ixtisaslaşmış ekspertlərin təcrübəsindən istifadə olunub, gənclərin məişət zorakılığı ilə bağlı qanunvericiliklə yaxından tanış edilmələri təmin edilib, eyni zamanda müxtəlif maarifləndirmə materialları paylanılıb. Seminarlar zamanı iştirakçılara məişət zorakılığı baş verdikdə aidiyyatı orqanlara müraciət qaydası öyrədilib, ehtiyacı olanlara yerindəcə hüquqi psixoloji dəstək verilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs