Əlaqə Arxiv
news Image
2014.07.01
17:37
| A A A
Xaçmazda cadugər qadının müəmmalı ölümü
Bir neçə gün bundan əvvəl Xaçmaz rayonunda yaşlı qadının asılmış meyidi tapılıb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, asılmış qadının kimliyi məlum olub. Hadisə yerinə gedən hüquq-mühafizə orqanları müəyyən ediblər ki, asılan şəxs 76 yaşlı Suruxanım Seyifovadır. Araşdırmalar zamanı qadının intihar etdiyi məlum olub. Yaşlı qadının intihar səbəblərinə gəlincə, deyilənlərə görə, Suruxanım Seyifova əsəb xəstəliyindən əziyyət çəkirmiş. Qadının yanından dərman preparatlar tapılıb. Qeyd edək ki, qadının övladları olsa da, o, evdə tək yaşayırmış. Onun barəsində müxtəlif söhbətlər yayılıb. Vesti.az yazır ki, gəzən söhbətlərə görə, qadın cadugərliklə məşğul olurmuş. Onun ölümü ilə bağlı da müxtəlif fikirlər səslənir. Lakin rayon prokurorluğu hadisənin intihar olduğunu müəyyən edib. Faktla bağlı araşdırma aparılır.
Sizin Reklam Yeriniz