news Image
2014.07.02
10:18
| A A A
Azərbaycanda 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlayıb

Bu gündən etibarən ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlayır.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Movqe.az-a verilən xəbərə görə, bu proses iyulun 10-dək davam edəcək. İxtisas seçimi internet vasitəsilə həyata keçirilir.

 

İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar. 2014-2015-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər eyni zamanda elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.

 

Kolleclərə ixtisas seçimi etmək istəyən abituriyentlərə kömək məqsədilə TQDK tərəfindən bu təhsil pilləsinə 2013-cü ildə formalaşmış keçid balları "Abituriyent" jurnalının xüsusi buraxılışında nəşr olunub.

 

Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur.

 

Abituriyentlər unutmamalıdırlar ki, ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları ötən il builkindən fərqli olaraq 3 fənn üzrə aparılırdı. Bundan başqa, nəticələrin hesablanma qaydasında da ciddi dəyişikliklər edilib. Odur ki, abituriyentlər həmin buraxılışla tanış olaraq sadəcə ümumi tendensiyanı öyrənə bilər, hansı ixtisaslar üzrə daha ciddi müsabiqə vəziyyətinin yaranacağını proqnozlaşdıra bilərlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs