Əlaqə Arxiv
news Image
2012.07.05
15:17
| A A A
BBC İranı qəzəbləndirdi
Movqe.Az bildirir ki, İran dövlət televiziyası BBC-nin İranın nüvə proqramı ilə bağlı bir anketin nəticələrini dəyişdirmək üçün internet saytının serverlərini dağıtdığını iddia edib.

İran televiziyasının anket nəticələrini dəyişdirdiyi iddiasını rədd edən BBC, iddiaların tamamilə səhv olduğunu, BBC Fars Xidmətinin xəbərinin arxasında durduğunu bildirib.

BBC Fars Xidməti, anketə qatılanların 63 faizinin Qərbin iqtisadi sanksiyalarının sona çatması qarşılığında Tehranın uran zənginləşdirməsini dayandırmasını seçim etdiyini bildirib.

İran dövlət televiziyası isə gərçək rəqəmin 63 faiz deyil 24 faiz olduğunu, digər iştirakçıların isə Hürmüz boğazının bağlanılması kimi tədbirlərə dəstək verdiyini iddia edir.

İran televiziyası anket nəticələrini çərşənbə axşamı günü internet saytından qaldırıb.


Sizin Reklam Yeriniz