news Image
2014.07.02
13:30
| A A A
ATƏT Parlament Assambleyasının Bakı Bəyannaməsi qəbul edilib

ATƏT Parlament Assambleyasının (PA) Azərbaycan paytaxtında keçirilən 23-cü yay sessiyasında Bakı Bəyannaməsi qəbul edilib. APA-nın məlumatına görə, Bəyannamə bu gün keçirilən plenar iclasda qəbul olunub.

 

Sənəddə deyilir ki, ATƏT məkanındakı münaqişələrin həlli istiqamətində tədbirlərin görülməsi, bu münaqişələrin həllində irəliləyişin sülh yolu və danışıqlar vasitəsilə, o cümlədən BMT Nizamnaməsinə, ATƏT-in Helsinki Yekin Aktına və beynəlxalq hüquqa uyğun şəkildə əldə olunması ATƏT-in əsas vəzifələrindən biridir. Bəyannamədə ATƏT-ə üzv dövlətlərin sərhədlərinin toxunulmazlığı və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsiplərinə əməl edilməsinin vacibliyi vurğulanır, münaqişə regionlarında geniş yayılan və hər il çoxlu sayda insanın, o cümlədən mülki vətəndaşların ölümünə səbəb olan silahların qanunsuz ticarətinin qarşısının alınması üçün yeni tədbirlərin görülməsinə çağırış edilir.

 

Kibermüharibə və terrorçuluq kimi təhdidlərə qarşı mübarizənin və bu cür təhlükələrin qarşısının alınmasının, bu istiqamətdə fəaliyyətin kibertəhlükəsizlik sahəsində Avropa Birliyinin strategiyasına uyğunlaşdırılmasının vacibliyi qeyd olunur. ATƏT regionunda insan alverinə qarşı, o cümlədən cinsi istismar məqsədilə uşaq alverinə qarşı tədbirlərin gücləndirilməsinin və bu cinayətlərin qurbanlarına hərtərəfli köməklik göstərilməsi üçün lazımi addımların atılmasının önəminə diqqət çəkilir. İnformasiya və kommunikasiya texnologiyalarının, o cümlədən internet və sosial şəbəkələrin terror məqsədləri üçün, habelə terrorçuluğa çağırış, onun maliyyələşdirilməsi və terrorçuların ələ alınması üçün istifadə olunması tendensiyalarından narahatlıq bildirilir. ATƏT-ə üzv ölkələr informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən internet və sosial şəbəkələrin terror məqsədləri üçün istifadə edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirlər görməyə və bu tədbirlərin milli qanunvericiliyə, beynəlxalq hüquqa, ATƏT çərçivəsində götürülən siyasi öhdəliklərə uyğunluğunu təmin etməyə çağırılır.

 

Bəyannamədə Ukrayna böhranına da geniş yer ayrılıb. Sənəddə Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək ifadə olunur və ATƏT ölkələrindən beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək istənilir.

 

Bakı Bəyannaməsində Əfqanıstanla əməkdaşlığının davam etdirilməsi, ATƏT regionunda sosial-iqtisadi hüquqların qorunması və təşviq edilməsi, ərzaq təhlükəsizliyi, immiqrasiya məsələləri, qaçqın və məcburi köçkünlərin vəziyyəti, mədəni mülkiyyətin qorunması, işgəncələrə qarşı mübarizə və s. məsələlərə də toxunulur.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs