Əlaqə Arxiv
news Image
2012.07.05
16:21
| A A A
ABŞ bu şəkli qadağan etdi

Movqe.Az bildirir ki, ABŞ Müdafiə nazirliyi Amerikan dəniz piyadalarının atış təlimlərində türbanlı müsəlman qadın şəkillərinin hədəf olaraq istifadə edilməsinin ortaya çıxmasından sonra geri addım atıb. Pentaqondan verilən məlumata görə, donanmanın türbanlı qadın və bəzi ərəb yazıların olduğu rəsimləri istifadə etməsinin qadağan olunduğu açıqlanıb.

"The Virginia-Pilot" jurnalı tərəfindən nəşr olunan fotoşəkildə, dəniz piyadalarının atış təlimlərində əlində tapança arxasında Quran-ı Kərimdən ayələr olan bir qadın şəkilinin hədəf kağızı kimi istifadə edildiyi ortaya çıxıb.

Amerika-İslami Əlaqələr Şurası hadisə ilə əlaqədar təəssüratlarını müdafiə naziri Leon Panettaya yazılı olaraq çatdırıb.

Panettaya göndərilən yazıda, şəkilin istifadəsinin istər təlimdəkilər, istərsə də müsəlman əhaliyə sahib ölkələr baxımından mənfi bir mesaj olduğu qeyd olunub.

Bəzi mütəxəssislər bu cür şəkillərin istifadə edilməsi ilə ordudakı dini ayrı-seçkiliyin əks olunması fikrindədirlər.


Sizin Reklam Yeriniz