Əlaqə Arxiv
news Image
2014.07.03
11:48
| A A A
Sürücülərin nəzərinə!-Bu yol 1 həftə bağlı olacaq
Bakının Nərimanov rayonu Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsindən Tbilisi prospektinə qədər olan hissəsi bağlanıb.  Bunu APA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, hazırda kommunikasiya xətləri üçün qazılmış xəndəklərdə kipləşdirmə işləri gedir. Bundan başqa, kommunikasiya quyularının dəmir-beton plitələri yenilənir, beton bordürlər isə mərmərlə əvəz edilir. "Maksimum işlər 1 həftəyə yekunlaşacaq. Bununla da, Tbilisi prospektində bütün hissələrdə, demək olar ki, işlər tamamlanacaq", - deyə P. Mürsəliyev əlavə edib.
Sizin Reklam Yeriniz