news Image
2014.07.03
12:33
| A A A
DSX-nin əsgəri bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.


Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsindən 2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmış, Quba rayon Əlibəyqışlaq kənd sakini, 1995-ci il təvəllüdlü İsgəndərov Şəmsəddin Nəriman oğlu təhlükəsizlik qaydalarını pozub. Nəticədə elektrik xəttində baş vermiş qısaqapanma nəticəsində onu elektrik cərəyanı vurub və əsgər hadisə yerində dünyasını dəyişib.

 

Hazırda faktla bağlı Hərbi Prokurorluq və DSX-nin aidiyyəti strukturları tərəfindən araşdırmalar aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs