news Image
2014.07.03
12:27
| A A A
Azərbaycanda süd vəzisini silikonla böyüdənlər xərçəng xəstəliyi ilə üz-üzə-ARAŞDIRMA
Samir Qurbanov: "Süd vəzilərini böyütmək üçün estetik əməliyyata üz tuta qadınlar bəzən sonda yollarını onkoloji mərkəzlərdən salmalı olurlar"

Azərbaycanda artıq estetik əməliyyatların demək olar ki, bütün növlərinə rast gəlmək mükündür. Bir neçə il ölkəmizdə burun, dodaq, çənə və sair əməlliyyatların həyata keçirilməsi ancaq mümkün idisə, estetik əməlliyyatlara olan tələbatın artması nəticəsində artıq əksər plastik əməlliyyatları ölkə xaricinə çıxmadan gerçəkləşdirmək mükündür. Bunlardan biri də sinə böyütmə əməliyyatlarıdır. Movqe.az son vaxtlar qadınların daha çox müraciət etdikləri sinə əməlliyyatları, süd vəzilərinin ölçülərinin böyüdülməsi, gözəllik və silikonlardan gələn təhlükəni araşdırıb. Mövzuya keçməzdən öncə qeyd edək ki, bir çox qadın üçün, özünə güvən, xarici görünüşlə əlaqədardır. Sinə qadınlığı işarələyən əsas intim orqan olduğundan, süd vəzisinin ölçüsü kiçik olan bəzi qadınlar bunu intim münasibətlərdə kompleks hesab edərək əməliyyata üz tuturlar. Ümumikdə qadınların döş böyütməyi seçmələri bir çox səbəblərə izah olunur. Bunlar:


Bədənlərini daha gözəl vəziyyətə gətirmək üçün döşləri böyütmək

Əmizdirmə nəticəsində forması pozulan döşlərə forma vermək və böyütmək

Ölçüsü və forması fərqli olan döşləri simmetrikləşdirmək.


Azərbaycanda süd vəzilərinin böyüdülməsi əməliyyatınının gerçəkləşməsi yaxın tarixlərə təsadüf etsə də, məlumat üçün bildirək ki, bu əməliyyat ilk dəfə 1895-ci ildə cərrah Vincens Cerni tərəfindən aparılıb . Cerni ilk dəfə bu əməlliyyatı gerçəkləşdirmək üçün bir xanımın bel hissəsindəki böyük yağ hissəsindən yararlansa da, əməliyyat uğursuz alınıb. Yapon qadınları İkinci dünya müharibəsi dövründə amerikalı əsgərlərin iri döşlərdən xoşlandığını görüb parafin, bitki yağı, mumdan da istifadə etməklə süd vəzilərinin böyüdülməsi üçün müxtəlif əməliyyatlar keçiriblər. Ancaq bütün bu əməliyyatların sonu zədə, iltihab, irinləmə və digər ağırlaşmalarla müşahidə olunub. 1900-cu ildən isə süd vəzinin böyüdülməsində fil dişi, şüşə kürəciklər, iri heyvan qığırdağı, plastik və sairdən istifadə edilib. 1953-cü ildə playboy dərgisinin yayımlanması süd vəzilərini böyüdən qadınları daha çox həvəsləndirib. İlk süd vəzi slikon protezləri 1961-ci ildə yaradılıb. Süd vəzilərinin böyüdülməsi əməlliyyatlarında istifadə olunan silikonların təhlükəsi ilə bağlı vaxtı ilə məhkəmə çəkişmələri də olub. 1977-ci ildə bir firma buna görə 170000 dollar təzminat ödəmək məcburiyyətində qalıb. Fransada isə bir şirkətin istehsal etdiyi silikonlar süd vəzisinin xərçəngi xəstəliyi yaratdığından, həmin qadınlar təkrar əməliyyat edilərək slikonları çıxarılıb. Apardığımız araşdırma zamanı bəlli oldu ki, Azərbaycanda da son vaxtlar qadınların daha çox müraciət etdikləri süd vəzilərinin böyüdülməsi əməliyyatları onlara canları bahasına başa gələ bilər. Milli Onkologiya Mərkəzinin şöbə müdiri Samir Qurbanov Movqe.az –a açıqlamasında bildirib ki, süd vəzilərini böyütmək üçün estetik əməliyyata üz tuta qadınlar bəzən sonda yollarını onkoloji mərkəzlərdən salmalı olurlar. S. Qurbanovun sözlərinə görə, qadınlar süd vəzilərini böyütməzdən öncə onkoloji müayinədən keçmədiklərindən, eləcə də, əməliyyat zamanı təhlükəli silikonlardan istifadə edildiyindən xərçəng xəstəliyi ilə üz-üzə qala bilərlər: "Bu əməliyyatı keçirməzdən öncə qadın mütləq mamoloq tərəfindən müayinə olunmalıdır. Elə qadınlar var ki, onlara bu süd vəzisinin ölçüsünü böyütmək məsləhət deyil. Bir də ki, bu zaman istifadə olunan silikonun keyfiyyəti də əsas rol oynayır. Ucuz slikonlar xərçəng xəstəliyinə səbəb ola bilər. Ona görə də, qadınlar əməliyyat masasına əyləşməzdən öncə, silikonun dünyada təhlükəsiz sayılam mentor silikonu olub-olmadığını dəqiqləşdirməlidir. Bu silikonlar təhlükəsiz sayılır".


Qeyd edək ki, son 20 ildir ki, bütün dünyada mentor, ən yüksək keyfiyyətdə döş implantı istehsalçıları arasında lider olaraq tanınır. Digər istehsalçılar gəlib keçərkən, mentor davamlı olaraq qatı keyfiyyət və test standartlarına uyğun və ya daha üstün, texnologiya baxımından ən inkişaf etmiş döş böyütmə materiallarını istehsal edib. Movqe.az Azərbaycanda süd vəzinin böyüdülməsi əməliyyat gerçəkləşdirən estetik mərkəzlərlə əlaqə saxlayarkən maraqlı faktlar üzə çıxıb. Bəzi estetik mərkəzlər bu əməliyyatın qiymətinin slikonların qiymətinə görə 2000-3000 manat arasında, bəziləri isə 300 manatlıq slikonadan istifadə edilərsə dəfələrlə ucuz qiymətə başa gəldiyini gozlətməyiblər.


Araşdırma zamanı bəlli olub ki, mentor silikonla böyüdülən süd vəzilərinin əməliyyatı 2000-2500 manata, bəzən 3000 manata başa gəlir. Çünki mentor silikonların qiyməti 700-800 avro arasında dəyişir. Bu əməliyyatı daha ucuz elətdirmək istəyənlər isə 200-300 manatlıq silikonları seçərək qiymətdə endirimə nail ola bilərlər. Amma estetik cərrahlar bu silikonların təhlükəsizliyinə cavabdehlik daşımır.


 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs