news Image
2014.07.03
16:23
| A A A
Bakıda bu günlərdə parkomatlarda plastik kartlarla da ödəniş mümkün olacaq

Bu yaxınlarda Bakıda müvəqqəti avtomobil duracaqlarında quraşdırılmış parkomatlarda plastik kartlarla da ödəniş etmək mümkün olacaq. Bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəis müavini Lətif Axundov Trend-ə deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı parkomatlarda uyğunlaşdırma işləri aparılır: "Bu məsələ yəqin ki, iyul ayının ortalarında öz həllini tapacaq. Yəni sürücü adi maaş kartı ilə də yaxınlaşıb avtomobilin ərazidə saxlanmasına görə müvəqqəti duracaqlarda quraşdırılmış parkomatlarda müvafiq ödəniş edə biləcək".

Bundan əlavə L.Axundov bildirib ki, paytaxtın bəzi mərkəzi hissələrində qiymətlərin aşağı salınması nəzərdə tutulur: "Məsələn, konkret olaraq metronun "28 May" stansiyasının ətraf ərazilərində müvəqqəti duracaqlarda avtomobilin saxlanmasına görə tətbiq edilən qiymətlərin aşağı salınması gözlənilir. Hazırda bu məsələyə baxılır. Yəni orada bir saata görə ödəniş 1 manat yox, 50 qəpik olacaq. Hətta elə yerlər olacaq ki, orada bir saata görə ödəniş 30 qəpik təşkil edəcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs