news Image
2014.07.04
09:59
| A A A
ABŞ rəsmisi: "Azərbaycan erməniləri güllələmir"

ABŞ Dövlət Departamenti son günlər cəbhə xəttində baş verənlərə münasibət bildirib

"Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində ermənilərin yaşayış məntəqələrini atəşə tutması ilə bağlı məndə heç bir məlumat yoxdur". 


Anspress-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözcüsü Cen Psaki deyib.


Tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduğunu deyən Psaki atəşkəs rejiminin Azərbaycan tərəfdən pozulmasına dair onda sübutun olmadığını deyib.


Psaki Parisdə keçirilməsi planlaşdırılan prezident İlham Əliyevlə Serj Sarkisyanın görüşünə də münasibət bildirib.


"Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri Fransa dövlət başçısı Fransua Ollandın görüşün keçirilməsi ilə bağlı təklifini qəbul edəcək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarını davam etdirəcək", deyə Psaki bəyan edib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs