Əlaqə Arxiv
news Image
2014.07.04
15:47
| A A A
Məlyekə Abbaszadə: "Keçən illə müqayisədə buraxılış imtahanlarının nəticələri eyni səviyyədədir"

"Elə bir islahat yoxdur ki, bir il ərzində aparılsın və həmin vaxt başa çatandan sonra hansısa nəticə analiz edilsin".

Movqe.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Təhsil Nazirliyi tərəfindən ötən bir il ərzində görülən işlər və bunun şagirdlərin biliyinə təsiri barədə suala cavabında deyib. 

M. Abbaszadə bildirib ki, hansısa islahatı aparmaq üçün müəyyən vaxt verilir: "Mən hansısa bir dövlət qurumunun işinə qiymət vermək fikrində deyiləm. İkincisi isə biliyin qiymətləndirilməsini hər il aparırıq deyə, yalnız keçən il və əvvəlki illərlə bu ilin nəticələrini müqayisə edə bilərik. Bu nəticələr bilavasitə uşaqların imtahanlarda göstərdiyi biliyin qiymətləndirilməsi nəticəsində olan fikirlər, əsaslardır. Deyə bilərəm ki, keçən illə müqayisədə buraxılış imtahanlarının nəticələri eyni səviyyədədir. Qəbul imtahanlarının nəticələrinə gəlincə, bu proses tam başa çatmayıb deyə, biz ümumi nəticə haqqında heç nə deyə bilmərik".

Sizin Reklam Yeriniz