Əlaqə Arxiv
news Image
2014.07.05
12:09
| A A A
Gənc Xaçmaz sakini göldə batdı
Xaçmaz rayonunda 20 yaşlı gənc göldə batıb. Movqe.az FHN-nin saytına istinadən xəbər verir ki, hadisə rayonun Çarxı kəndində baş verib.

Məlumata görə, 1994-cü il təvəllüdlü kənd sakini Əsgərov Rəşad Mirzəağa oğlu kənd ərazisindəki süni göldə batıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

R.Əsgərovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 00:30-da başa çatmışdır.


Sizin Reklam Yeriniz