news Image
2014.07.06
11:13
| A A A
53 terrorçu məhv edildi
Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno ştatında hərbi bazaya hücum edərək "Boko Haram" terror qruplaşmasının 53 üzvünü məhv edib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, "Boko Haram" silahlıları iyulun 5-də Damboa şəhərində yerləşən hərbi bazanı ələ keçirməyə cəhd ediblər.

Nigeriyanın müdafiə nazirliyi döyüşdə 6 hərbçinin həlak olduğunu bildirib.

Qeyd edək ki, "Boko Haram" terror qruplaşmasının üzvləri təhsilin qərb modelinə qarşıdırlar və Nigeriyada hökuməti devirərək ölkədə şəriət dövləti yaratmaq istəyirlər. 2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edərək "Boka Haram" qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs