Azərbaycanda yeni kollec
Azərbaycanda yeni kollec yaradılıb. Movqe.az ANS PRESS-ə istinadən
xəbər verir ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin Masallı
Dövlət Regional Kollecinin yaradılması barədə qərar verib.
Bununla əlaqədar "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Orta ixtisas təhsili müəssisələri" bölməsinə Masallı Dövlət Regional Kollecinin adı əlavə edilib.
Qərara əsasən, Təhsil Nazirliyi Maliyyə Nazirliyi və Masallı Rayon İcra Hakimiyyəti ilə birlikdə Masallı Dövlət Regional Kollecinin maliyyələşdirilməsi və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.